Əmrə bint Əbdürrəhman ibn Səd ibn Zürarə əl-Ənsari (; ) — tabiin nəslinə mənsub olan qadın fəqih və mühəddis.
Bioqrafiya Aişənin himayəsində böyüyüb.
Aişə, Ümmü Sələmə, Həmnə bint Cəhş, Rəfi ibn Hədic və başqa səhabələrdən hədis rəvayət edib. Ondan da Urvə ibn Zübeyr, Əbu Bəkr ibn Həzm (bacısı oğlu), Abdullah ibn Əbu Bəkr, Zöhri, Əmr ibn Dinar, Əbür-Rical Məhəmməd ibn Əbdürrəhman (oğlu) və nəvələri hədis rəvayət ediblər.
Bütün cərh və tədil alimlərinə görə "siqa" və "höccət" hesab edilən Əmrə bint Əbdürrəhmanı Zöhri "elm dənizi" adlandırıb. Onun rəvayətlərinə "Kütubi-sittə"də yer verilib.
Əmrə bint Əbdürrəhman Mədinədə vəfat edib.
İstinadlar
Kateqoriya:Tabiinlər Kateqoriya:Müftilər Kateqoriya:İslam tərcümeyi-halı Kateqoriya:Ravilər