"Gəncə" VK – Azərbaycanın Gəncə şəhərini təmsil edən qadın voleybol klubu. Azərbaycan Yüksək Liqasında çıxış edir.
Tarixi "Gəncə" klubu 2023-cü ildə yaradılmışdır. Klubun baş sponsoru "AzerGold"dur.
Klub 2024–2025 mövsümündə qadın voleybolçular arasında keçirilən Azərbaycan Kubokunda gümüş medal qazanmışdır. 2025/2026 mövsümündə Azərbaycan Yüksək Liqasında "Milli Aviasiya Akademiyası"nı 3:0 hesabı ilə məğlub edərək üçüncü yeri tutmuşdur.
Digər komandalar Klubun çimərlik voleybolu və qar voleybolu üzrə komandaları da mövcuddur. Çimərlik voleybolu komandası 2024-cü ildə çimərlik voleybolu üzrə respublika çempionatında çıxış etmişdir. Qar voleybolu komandası 2025-ci ilk dəfə keçirilmiş qar voleybolu üzrə Azərbaycan çempionatında üçüncü yeri (U-21 komandasını 2:0 hesabı ilə məğlub edərək) tutmuşdur. 2026-cı ildə keçirilən qar voleybolu üzrə Azərbaycan kubokunda bütün oyunlarda qələbə qazanaraq (4 qələbə, 12 xal) çempion olmuşdur.
Heyət
№OyunçuMövqeDoğum tarixiBoyÖlkə 1Çinarə Quliyevalibero 1.70 2Alisa Kimlibero 1.61 3Əhyaxanım Fərzullayevabağlayıcı 1.70 4Karolina Novabitirici 1.84 7Nərminə Musayevabitirici 1.83 8Xanım Cəlilovabitirici 1.78 9Qabriela Oliveyra Fabianomərkəzi bloker 1.91 10Aysu Elverenbağlayıcı 1.80 11Mətanət Lətifovabitirici 1.83 12Hayat Matukmərkəzi bloker 1.80 15Şaron Çepçumba Kipronodiaqonal 1.88 16Melissa Rangel Paezmərkəzi bloker 1.93 20Marianna Abduyevabitirici 1.80 22Amina Ramazanovabağlayıcı 1.70
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan voleybol klubları Kateqoriya:2023-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Gəncədə idman