Lotar Herbert Matteus (, ) — görkəmli alman futbolçu və futbol mütəxəssisi. 1990-cı ildə Qızıl top mükafatına layiq görülmüş, 1991-ci ildə FİFA tərəfindən ilin oyunçusu seçilmişdir.

Ailə həyatı

Matteusun ilk həyat yoldaşı 47 yaşlı Silviya olub. Onların nigahı 1981-ci ilin iyulundan 1992-ci ilin dekabrına kimi davam edib. Bu nigahdan iki qızı olan Matteusun ikinci evliliyi İsveçrənin keçmiş gözəli Lolita Moreno ilə olub. Lotar televiziyada aparıcı olan Lolita ilə 1994-1999-ci ilə birgə yaşayıb və onların Loris adlı oğulları var. Əfsanəvi futbolçu üçüncü həyat yoldaşı Mariana Kostiçlə isə 2003-cü ilin Dunay çayında gəmi səyahəti zamanı tanış olub. Matteusu arzulanan həyat yoldaşı hesab edən Mariananın ondan üç uşağı var. Növbəti dəfə Lotar "Playbol" jurnalında çəkilən Ukraynalı fotomodel, özündən 26 yaş Liliana ilə 2007-ci ildə tanış olsa da, cütlüyün münasibətləri 2009-cu ilin yanvarın 1-də Las-Veqasda rəsmiləşib. Onlar 2010-cu ilin yanvarında ayrılıblar.

Karyerası

Futbolçu

İtaliyanın "İnter" və Almaniyanın "Bavariya" klublarında parlamış futbolçu Almaniya yığmasının əfsanəvi kapitanı sayılır. O, fasilələrlə 20 il (1980-2000) şərəfini qoruduğu Bundestimdə 150 oyun keçirib. 1980-cı ildə Avropa, 10 il sonra dünya çempionu olan Matteus Azərbaycan milli komandasının indiki baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında da çıxış edib. Lakin "müəllim" və "tələbə" arasındakı anlaşılmazlığın yaranması üzündən Foqts Matteusu çempionluğun əldə olunduğu Avro-1996-ya aparmayıb.

Məşqçi

Avstriyanın "Rapid" və "Red Bull", Serbiyanın "Partizan", Braziliyanın "Atletiko Paranaense", İsrailin "Makkabi" (Netanya) klublarında, həmçinin Macarıstan yığmasında çalışmış 49 yaşlı mütəxəssis məşqçilik karyerasında ikinci dəfə millidə işləyəcək. O, 2010-cu ildə Bolqarıstan milli komandasının baş məşqçisi təyin olunub.

İstinadlar

Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Nyu-York Red Bullz futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Qızıl top alanlar Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1986 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1990 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1982 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Orussiya Münhenqladbax FK futbolçuları Kateqoriya:Almaniya futbol məşqçiləri Kateqoriya:FİFA 100 Kateqoriya:Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Almaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avro 1980 futbolçuları Kateqoriya:UEFA Avro 1988 futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:Macarıstan milli futbol komandasının məşqçiləri Kateqoriya:Partizan Belqrad FK məşqçiləri Kateqoriya:ABŞ-də legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri