Viki Leandros (; 23 avqust, 1949-cu il, Palaiokastritsa, İon adaları)1952 per her official website ; confirmed per lawyer (bildblog.de ); article about her 60th birthday in 2012 , and as per — əsl adı Vasiliki Papatanasiu olan Yunanıstan əsilli Lüksemburq müğənnisi. O, Almaniyada yaşayan yunan müğənnidir. O, müğənni, musiqiçi və bəstəkar Leandros Papatanasiunun (Leo Leandros və Mario Panas kimi də tanınır) qızıdır. 1967-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqu təmsil edərək "L'amour est bleu" mahnısı ilə dördüncü yeri tutduqdan sonra dünya şöhrəti qazanıb və bu mahnı qlobal bir hitə çevrilib. O, 1972-ci ildə yenidən Lüksemburqu təmsil etdiyi 1972 Avroviziya Mahnı Müsabiqəsində "Après toi" mahnısı ilə qalib gələrək karyerasını daha da möhkəmləndirib.

Müğənni dünyanın bir çox ölkələrində böyük sayda qızıl və platin disklər qazanaraq, onilliklər ərzində satılan disk sayı baxımından dünya liderlərindən biri olub. Karyerası ərzində Viki Leandros müxtəlif dillərdə 450-dən çox sinql və 460 LP (albom) yazdırıb ki, onların da ümumi tirajı 40 milyon nüsxəni keçib. 2006-cı ildə Avroviziya mahnı müsabiqəsinin Almaniya üzrə milli seçim turunda iştirak etsə də, uğursuzluğa düçar olub.

15 oktyabr 2006-cı ildə Viki Leandros PASOK partiyasının siyahısı üzrə Yunanıstanın liman şəhəri olan Pireyin şəhər şurasının üzvü seçilib. Onun vəzifəsi Pireyin mədəni və beynəlxalq inkişafı ilə bağlı olub. O, həmçinin Pirey şəhərinin mer müavini vəzifəsini icra edib. 2008-ci ilin iyununda Leandrosun Yunanıstan siyasətindəki vəzifəsindən dərhal ayrılmaq qərarına gəldiyi elan olunub. Sənətçi siyasi öhdəliklərini yerinə yetirmək üçün tələb olunan iş yükünü və vaxtı düzgün qiymətləndirmədiyini və bu vəzifələri müğənnilik karyerası ilə birləşdirməyin qeyri-mümkün olduğunu bildirib.Vicky Leandros bio , vickyleandrosonline.eu; accessed 24 February 2014.

2011-ci ildə Almaniyanın "Scooter" qrupunun "The Big Mash Up" albomundakı "C’est Bleu" trekini yazdırmaqda iştirak edib. Trek onun "L’amour est bleu" hitinin əsasında hazırlanıb və ifasındakı ilk iki bənd ordan götürülüb. 12 may 2026-cı ildə Vyanada keçirilən yubiley 70-ci Avroviziya-2026 mahnı müsabiqəsinin açılış mərasimində iştirak edib və burada vaxtilə onu məşhurlaşdıran "L’amour est bleu" mahnısını ifa oxuyub.

Həyatı Viki Leandros 23 avqust 1949-cu ildə Korfunun Paleokastritsa kəndində Vasiliki Papatanasiu olaraq anadan olub. 1958-ci ildə valideynləri onu Qərbi Almaniyaya aparıb və valideynlərinin boşanmasından sonra o, daimi olaraq atasının yanında qalıb. İlin qlobal hitlərini ifa edərək gənc yaşlarından öz istedadını nümayiş etdirib və digər sənətçilər tərəfindən onun mahnılarına koverlər oxunub. Qısa müddət ərzində o, səkkiz dildə oxumağa başlayıb, onun albomları, sinqlları və EP-ləri bütün dünyada satılıb. 1970-ci ildə onun ilk televiziya şousu olan Ich Bin Avropanın 13 ölkəsində yayımlanıb. Şou orijinallığına və düşündürücü müasir qrafikasına görə bir çox mükafatlara, o cümlədən 1971-ci ildə dünyaca məşhur Montrö Bürünc Qızıbəgül mükafatına layiq görülüb. Bu şou həm də Vikinin atası ilə eyni səhnə soyadını (əslində atasının həqiqi adı) istifadə etdiyi ilk layihə olub; o, 1960-cı illərdə sadəcə Viki kimi tanındığı halda, bu şoudan etibarən Viki Leandros olaraq məşhurlaşıb. Şouda qonaq qismində Jülyen Klerk və Deep Purple qrupu iştirak edib. Şou illər ərzində təkrar nümayiş etdirilib və dövrün ruhunu çox yaxşı əks etdirən klassik bir nümunə hesab olunur. Hərçənd, mahnıların marketinq məqsədilə vizuallarla müşayiət olunmadığı bir dövrdə təqdim etdiyi təəccüblü, hətta bəzən şokedici görüntülərinə görə ilkin olaraq hər kəs tərəfindən yaxşı qarşılanmayıb. 1970-ci illər boyu tanınmış kinorejissorlar tərəfindən onun haqqında bütün dünyada maraq doğuran digər sənədli portret filmləri çəkilib. O, daha sonra Böyük Britaniyada BBC telekanalında Music My Way adlı televiziya verilişinin aparıcısı olub.

Peşəkar karyerası 250px|thumb|left|Viki Leandros 1973-cü ildə Amsterdam Schiphol hava limanında 1972-ci ildə Leandros Avroviziyada ikinci dəfə Lüksemburqu təmsil edib və "Après toi" mahnısı ilə müsabiqənin qalibi olub. İngilis dilinə "Come What May" olaraq tərcümə edilən mahnı Böyük Britaniyada da hitə çevrilərək UK Singles Chart hit-paradında 2-ci pilləyə yüksəlib. Mahnı Avstraliyada isə 23-cü pilləyə qədər irəliləyib. Qlobal miqyasda altı milyondan çox nüsxəsi satılan bu bəstə qızıl disk mükafatına layiq görülüb. Leandros mahnını yeddi dildə yazdırıb. Həmin ilin sonlarında Leandros, Teodorakisin "O Kaymos" (Yunan dilində: Καημός / Kədər) kompozisiyasının öz versiyasını ("The Love in Your Eyes") təqdim edib və bu ifa müxtəlif dillərdəki versiyaları ilə bütün dünyada hitə çevrilərək Böyük Britaniya hit-paradında 40-cı yeri tutub.

1973-cü ildə "When Bouzoukis Played" bir neçə dildə böyük satış rəqəmləri qazanan növbəti qlobal hit olub, Böyük Britaniya hit-paradında 44-cü, Avstraliyada isə 45-ci pilləyə çatıb. 1974-cü ildə o, Almaniyada 1 nömrəli hitə çevrilən "Theo, wir fahr'n nach Lodz" mahnısını yazdırıb. O, həmçinin 1970-ci illərdə Cənubi Afrikada da böyük uğur qazanıb. Yaponiyada Leandros öz şöhrətinin zirvəsinə 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərində çatıb və dəfələrlə yapon dilində mahnılar yazdırıb. Onun ikinci yaponca sinqlı olan "Watashi no Sukina Chocolate" (Mənim sevdiyim şokolad) diqqətəlayiq bir hitə çevrilib. O, həmçinin digər musiqilərlə yanaşı "Mamy Blue", "You Don't Have To Say You Love Me" və "My Sweet Lord" kimi mahnıların bir çox kover versiyalarını da lentə alıb.

1975-ci ildə Leandros Tennessi ştatının Neşvill və Florida ştatının Mayami şəhərlərində Across the Water adlı albomunu yazdırıb. Onun əvvəlki işlərindən fərqlənən bu albom kantri, rok və soul janrlarını özündə birləşdirib. Bu buraxılış Amerika Birləşmiş Ştatlarında işıq üzü gördükdən sonra tənqidçilər tərəfindən müsbət qarşılanıb. 1976-cı ildə Leandros ABŞ bazarında satışa çıxarılacaq albomlar üçün CBS Records şirkəti ilə multimilyonluq müqavilə imzalayıb və Kaliforniyanın Hollivud şəhərində Kim Fouli ilə birlikdə çalışmağa başlayıb. Lakin CBS-in dəstəyi zəiflədikdən sonra tezliklə Avropaya geri dönüb.

Avropaya qayıtdıqdan sonra Leandros müxtəlif janrlarda, o cümlədən alman xalq musiqisi və Milad mahnılarından ibarət albomlar təqdim edib. Onun karyerasında geriləmə əlamətləri görünməyə başlayıb və o, Almaniyada sonuncu dəfə ilk 20-liyə daxil olan hitini "Kali Nichta" mahnısı ilə qazanıb. Müğənni Latın Amerikasında diqqət çəkən ispandilli bir albom da lentə alıb. Albomun ilk sinqlı olan "Oh Mi Mama" kiçik bir uğur qazansa da, ikinci sinql — "Tu Me Has Hecho Sentir" mahnısı (şirkətlə yaşanan fikir ayrılıqları və sənətçinin səhhətindəki qorxulu anlar səbəbindən nə Leandros, nə də CBS tərəfindən təbliğ olunmamasına rəğmən) 1979-cu ildə ispandilli ölkələrdə böyük hitə çevrilib. Bu bəstə yığma albomlarda mütəmadi olaraq yer alır və Viki Leandrosun ispan dilindəki ən məşhur və yaddaqalan mahnısı hesab olunur. Onun Wie am Allerersten Tag adlı yeni albomu isə işıq üzü görməyib; Leandros hamilə qalıb və növbəti 18 ay ərzində yaradıcılığına fasilə verib.

1981-ci ildə o, Birləşmiş Millətlər Təşkilatının xeyriyyə tədbiri üçün Demis Russos, Conni Hollidey və ABŞ ulduzu Devid Soul ilə duetlərin də daxil olduğu Love is Alive albomunu yazdırıb. Elə həmin il o, həmçinin Ich gehe neue Wege albomunu və onun yunan dilindəki versiyası olan Irtha Yia Sena-nı buraxıb. 1982-ci ildə, eyniadlı növbəti albomdan olan "Verlorenes Paradies" mahnısının uğuru sayəsində Leandros bir neçə illik fasilədən sonra yenidən bir çox ölkənin sinql hit-paradlarının yuxarı pillələrinə qayıdıb. Bu mahnı holland dilində də yazdırılıb. 1983-cü ildə populyar "Grüße an Sarah" sinqlının da daxil olduğu Vicky albomu işıq üzü görüb. Bu mahnı hələ də konsertlərdə tez-tez, digər musiqiçi və vokalçıların alətlərin və ritmlərin səslərini ağızla çıxardığı akapella müşayiəti ilə Leandrosun əsas vokalı tərəfindən ifa olunur. Həmin ilin sonlarında Leandros xüsusi olaraq hollanddilli bazar üçün növbəti dəfə holland dilində mahnı yazdırıb: "Ver van het leven".

1984-cü ildə mahnının fransızca versiyası olan "A l'Est d'Eden" Fransada böyük uğur qazanaraq sinql hit-paradında 2-ci pilləyə yüksəlib. Bu sinql və müvafiq albom (Vicky) Leandrosun Kanadada da nəzərəçarpan şəkildə yenidən parlamasına səbəb olub və o, uzun illik fasilədən sonra 1985-ci ildə oraya turneyə çıxıb. Albomdan buraxılan daha iki sinql — "Tu As Sept Ponts A Traverser" və "Grüße an Sarah" mahnısının fransızca versiyası olan "Salut Bien Sarah" Kanadada hitə çevrilib.

1985-ci ildə Leandros Eine Nacht in Griechenland adlı növbəti albomunu təqdim edib. Albom Benilüks və alman dilli ölkələrdə "Qızıl" statusu qazanıb. Albomun buraxılmasından bir il sonra Leandros şəxsi həyatına diqqət ayırmaq üçün yaradıcılığına yenidən fasilə verib. 1988-ci ilin əvvəlində Leandros Ich bin ich adlı yeni albomu ilə yaradıcılığa qayıdıb. Klaus "Nik" Munro ilə birgə ərsəyə gətirilən bu albom bir çox yeni ritmləri özündə birləşdirib və əvvəlki işlərlə müqayisədə daha çox rok təmayüllü olub. Bu dövrdə Leandros turneyə çıxmayıb və əsas diqqətini ailə həyatına, eləcə də üç azyaşlı övladına ayıraraq səhnələrdə çox az görünüb. Buna baxmayaraq, albomdan iki sinql işıq üzü görüb: "Du hast schon laengst Goodbye gesagt" və "Oh Oh Oh" mahnısının remiks versiyası.

Yunanıstana qayıdış 250px|thumb|right|Viki Leandros 2010-cu ildə 1989-cu ildə o, Yunanıstandakı musiqi karyerasına geri dönüb və qayıdış albomu olan Piretos tou Erota ilə hit-paradlara daxil olub. 1990-cı ildə Leandros Starkes Gefühl albomunu təqdim edib. Bu albomda onun 1992-ci il Avroviziya Mahnı Müsabiqəsində qalib gəlmiş "Après toi" mahnısının yeni versiyası xüsusilə diqqət çəkib. Alboma həmçinin Piretos tou erota mahnısının alman dilindəki versiyası olan və ilk sinql kimi buraxılan "Süchtig nach Geborgenheit" bəstəsi də daxil edilib. 1990-cı illərin əvvəllərində o, Yunanıstanda Prosexe (1991), Andres (1993) albomları ilə, Almaniyada isə "Du Bist Mein Schönster Gedanke" (1994) sinqlı və Toni Kristi ilə bərabər ifa etdiyi "We're Gonna Stay Together" (1995) dueti ilə uğur qazanmağa davam edib.

Yunanıstanda populyarlığının yenidən artması nəticəsində, ilk öncə Leandrosun erkən albomları vinil qramofon vallarında (fərqli üzlüklərlə) yenidən çap olunub, daha sonra isə onların hamısı bonus treklərlə birlikdə CD formatında satışa çıxarılıb. 1995-ci ildən 1998-ci ilə qədər Leandros alman hit-meykeri Cek Vayt ilə əməkdaşlıq edib və "Top-10"-luğa daxil olan üç albom, eləcə də Titanik filminin "My Heart Will Go On" mahnısının alman versiyasını buraxıb. "Weil mein Herz dich nie mehr vergisst" adlı bu mahnı Leandrosa 1982-ci ildəki "Verlorenes Paradies" bəstəsindən bəri hit-paraddakı ən yüksək mövqeyini qazandırıb. 2000-ci ildən etibarən Leandros öz vallarının prodüserliyini özü etməyə başlayıb. Jetzt / Now albomu böyük uğur qazanıb və onun öz bəstələri tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Kris de Burq ilə olan dueti albomun ən diqqətçəkən məqamlarından biri olub. Bunun ardınca, müxtəlif şirkətlərin buraxdığı çoxsaylı "ən yaxşı hitlər" (greatest hits) topluları sayəsində o, Kanada, Çin, Yaponiya, Belçika və Cənubi Afrika kimi bir neçə ölkənin hit-paradlarında yenidən boy göstərib.