Ayşə Mayda (; ) — Türkiyənin ilk qadın ortodontisti.

Həyat və fəaliyyəti Ayşə Mayda ilk təhsilini uşaq bağçasında alıb. O dövrdə evlərinə yaxın sayıla biləcək iki məktəb var idi. Bunlardan birincisi yalnız oğlan tələbələrin davam edə bildiyi Özel Dar'ül İrfan İbtidai Məktəbi, digəri isə İzmirin ilk özəl qız məktəbi olan və Ayşə Maydanın da təhsil aldığı Ravza-i İrfan İbtidai Məktəbi olub. Atasının 1923-cü ildə aldığı Kamil Paşa Malikanəsini kirayə verdikdən sonra bu mülk, İtalyan məktəbinə çevrilib. İtalyan məktəbinin daha nizam-intizamlı olması səbəbindən Mayda təhsilinə burada davam etdirib. Lakin bütün dost çevrəsinin Özəl İzmir Amerikan Kollecində olması səbəbi ilə 1928-ci ildə 12 yaşında 5-ci sinfə burada başlayıb. 1937-ci ildə Özəl İzmir Amerikan Kollecini bitirən Mayda, universitet üçün İstanbula gedib. İzmir Amerikan Qız Kollecini bitirən Ayşə Mayda elə həmin il İstanbul Universitetinin ovaxtkı adı ilə "Diş həkimliyi məktəbi"nə qəbul olaraq, Alfred Kantoroviçin tələbəsi olub. left|thumb|Ayşə Maydanın Kokluca qəbiristanlığındakı məzarı Ayşə Mayda 1941-ci ildə təhsilini başa vurub. Müəllimi professor Alfred Kantoroviçin tövsiyəsi ilə İstanbul Universitetində onun assistenti kimi çalışıb. Ayşe Mayda, İkinci Dünya müharibəsinin qıtlıq illərində ailəsinə məxsus "Salih ticarət mərkəzi" yandıqdan sonra, anasının heç bir gəliri qalmadığı və üstəlik xəstələndiyi üçün 1945-ci ildə karyerasına son qoyaraq, İzmirə qayıtmaq qərarına gəlib. Ayşə Mayda, İzmirdə özəl klinika açmaq qərarına gəldikdə isə ona ən çox kömək edən şəxs Osmanlı nazirlərindən Pərtəv Paşanın nəvəsi, eyni zamanda Kantoroviçin müavini işləmiş professor Pərtəv Ata olub.

1945-ci ildə İzmirdə İkinci Bəylər küçəsində ilk ofisini açıb. Burada, Amerikan Kollecindən məzun olmasının böyük faydasını görüb. Məktəb yoldaşlarının, onların ətrafının və amerikalıların diş həkimi olması onu qısa müddətdə İzmirin ən tanınmış diş həkimi etdi. Ayşə Mayda, iş yerini cəmi bir il sonra Ankara Palasdakı başqa bir ünvana köçürüb.

20 dekabr 2021-ci ildə qocalıqla bağlı çoxsaylı orqan çatışmazlığı və sətəlcəm səbəbindən İzmirdə 105 yaşında vəfat edib. Cənazəsi bir gün sonra İzmir Kokluca qəbiristanlığında torpağa tapşırılıb.

İstinadlar