Kraquyevats Oktyabrı Memorial Parkı (, Спомен-парк „Крагујевачки октобар”), həmçinin Şumaritse Memorial Parkı (Memorijalni park Šumarice, Меморијални парк Шумарице) kimi tanınır. Bu memorial kompleks Serbiyanın Kraquyevats şəhəri yaxınlığında yerləşir və İkinci Dünya müharibəsi zamanı, 21 oktyabr 1941-ci ildə Nasist Almaniyası işğal qüvvələri tərəfindən şəhərin təxminən 2.800 kişi və oğlan sakininin edam edildiyi məkanı əhatə edir (Kraquyevats qətliamı). Ölənlər arasında yüzlərlə orta məktəb şagirdi də var idi. 21 Oktyabr Muzeyi memar İvan Antiç tərəfindən layihələndirilmişdir və qətliam yerində yerləşir.Šumarice Memorial Park at www.spomenicikulture.mi.sanu.ac.rs

Park daxilində yerləşən abidələr arasında heykəltəraş Miodraq Jivkoviç tərəfindən hazırlanmış qətlə yetirilmiş məktəblilər və müəllimlərə həsr olunmuş “Yarımçıq uçuş” abidəsi, heykəltəraş Ante Qrjetiçin “Ağrı və üsyan” abidəsi,Подаци „Музеја „21. октобар“ из Крагујевца од 2003.“Nandor Qlid tərəfindən hazırlanmış “Yüzə qarşı bir” abidəsi, Qrjetiçin “Müqavimət və azadlıq” abidəsi və memar Neboyşa Delyanın “Kristal çiçək” kimi tanınan Ayaqqabı təmizləyən uşaqlar abidəsi vardır. Kompleksə həmçinin Birinci dünya müharibəsi zamanı həlak olmuş slovaklara həsr olunmuş abidə və serb əsgərinə ithaf edilmiş köhnə hərbi qəbiristanlıq daxildir.

Alman qüvvələri Kraquyevats yaxınlığında ilk kütləvi edamları 19 oktyabr 1941-ci ildə həyata keçirmişdilər. Həmin gün onlar Qroşnitsa kəndində 246 nəfəri zorla toplayaraq güllələnmək üçün aparmışdılar. Nəticədə 233 nəfər öldürülmüş, 13 nəfər isə sağ qalmışdı. Ertəsi gün həmin sağ qalanlardan biri aldığı yaralardan öldüyü üçün Qroşnitsa kəndində qətlə yetirilənlərin ümumi sayı 234 nəfərə çatmışdı.

Eyni gün, 19 oktyabrda alman qüvvələri Marşiç kəndində 109 nəfəri güllələnmək üçün toplamışdı. Onlardan 103 nəfər öldürülmüş, 6 nəfər isə sağ qalmışdı. Meçkovats kəndində (indiki İliçevo) isə 78 nəfər güllələnmək üçün aparılmış, onlardan 75 nəfər öldürülmüş, 3 nəfər sağ qalmışdı. Beləliklə, 19 oktyabr 1941-ci ildə alman silahlı qüvvələri Kraquyevats yaxınlığındakı Qroşnitsa, Marşiç və İliçevo kəndlərində ümumilikdə 412 serb mülki şəxsi qətlə yetirmişdi.

2020-ci ilin dekabr ayında memorial parkda Yasenovats konsentrasiya düşərgəsi və məhvetmə düşərgəsinə həsr olunmuş sərgi təşkil edilmişdi.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Serbiya mədəniyyəti Kateqoriya:İkinci Dünya müharibəsi