Adil Məmməd oğlu Bağırov () — Azərbaycanlı riyaziyyatçı, Avstraliya Federasiya Universitetinin professoru.
Həyatı Adil Bağırov 7 yanvar 1960-cı ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsinin məzunudur. Avstraliyada yaşayana qədər Azərbaycan Milli Elmlər Akademiyası Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda, Bakı Dövlət Universitetində, Moskvanın Dubna vilayətindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışıb. O, 1999-cu ildən Avstraliya Federasiya Universitetində (keçmiş Ballarat Universiteti) çalışır. Optimallaşdırma, qeyri-hamar analiz və digər müvafiq sahələr üzrə araşdırmalar aparır. Çoxlu sayda elmi əsərlərin və məqalələrin müəllifi, 7 beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür.
Kitabları
Introduction to Nonsmooth Optimization: Theory, Practice and Software (2014) Numerical Nonsmooth Optimization: State of the Art Algorithms (2020) Partitional Clustering via Nonsmooth Optimization: Clustering via Optimization (2020; 2024, ikinci nəşri)
Xarici keçidlər
İsrtinadlar
Kateqoriya:Azərbaycan riyaziyyatçıları Kateqoriya:Azərbaycanlı riyaziyyatçılar