Marta Yandova (; ) — Çexiyalı müğənni. O, alman alternativ rok qrupu "Die Happy"nin solisti kimi tanınır. Yandova 2015-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Çexiyanı Vaçlav Noid Barta ilə birlikdə "Hope Never Dies" mahnısı ilə təmsil edib. Həyatı Marta Yandova Petr və Yana Yandovların qızı olaraq 13 aprel 1974-cü ildə Praqada abadan olub. Onun atası "Olympic" qrupunun solistidir. O, Resslova küçəsində yerləşən Doktor Edvard Beneş adına Çex-Slavyan Ticarət Akademiyasında dillər üzrə təhsil alıb. Təhsil aldığı müddətdə ABŞ-da birillik təhsil proqramında iştirak edib və 17 yaşında anası yumurtalıq xərçəngindən vəfat etdikdən qısa müddət sonra oraya yola düşüb. Bir neçə il sonra isə onun böyük qardaşı Petr beyin şişindən dünyasını dəyişib.

Çexiya Respublikasında Marta Yandova bir müğənni kimi ilk dəfə 90-cı illərdə, əsasən Petr Yanda ilə birlikdə televiziya çıxışlarında görünməyə başlayıb. Almaniyada böyük uğur qazanmazdan əvvəl, o, öz qrupu ilə "ČT 2" kanalında çıxış etmək imkanı əldə edib. 1998-ci ildə "Český Slavík" (Çex Bülbülü) sorğu-müsabiqəsində müşayiətçi qrupu ilə birlikdə çıxış edib. Çexiyada ifa etdiyi ilk müzikl isə 1996-cı ildə Daniel Landanın "Krysař" (Siçovul tutan) əsəri olub və burada baş rolu (Aqnes) Lusiya Bila ilə növbəli şəkildə ifa edib.

19 yaşında, universitetə qəbul ola bilmədikdən sonra, gələcək müğənni Praqada Torsten Meves ("Die Happy" qrupunun gitaraçısı) ilə tanış olub və başqa bir dil öyrənmək, həmçinin yeni təcrübə qazanmaq üçün ilkin olaraq bir illiyinə onunla birlikdə Almaniyaya yola düşüb. Torstenin valideynlərinin evində bir neçə həftə qaldıqdan sonra, əvvəlcə sadəcə bir hobbi kimi, onun "Die Happy" rok qrupundakı boş vokalçı yerini qəbul edib. 1993-1999-cu illər arasında, yəni qrup Almaniyanın "Sony BMG" şirkəti ilə səsyazma müqaviləsi imzalayana qədər, o, bir neçə fərqli işdə çalışıb. Məsələn, çay evində işləyib, qab yuyub, vərəqələr paylayıb, katibəlik edib və ya konsertlərdə mühafizəçi kimi fəaliyyət göstərib. Müqavilə imzalandıqdan sonra isə tamamilə müğənniliklə dolanmağa başlayıb. Qrupun ilk və dönüş nöqtəsi olan albomu "Supersonic Speed" adlanır və bu albom Almaniyada böyük uğur qazanıb. O, Almaniyada on altı il yaşayıb; əvvəlcə Ulmda, daha sonra isə əsasən Hamburqda məskunlaşıb. Qrupun məşq otağı isə Berlində yerləşib.

2005-ci ildə Marta Yandova Finlandiyanın metal qrupu "Apocalyptica" ilə birlikdə çıxış edib və "Bundesvision Song Contest 2005" mahnı müsabiqəsində "Wie weit" mahnısı ilə Baden-Vürtemberqi təmsil edərək 77 xalla 5-ci yeri tutub. O, 2007-ci ildə "Bundesvision Song Contest" müsabiqəsinə yenidən qayıdıb, "Neue Deutsche Härte" janrında ifa edən "Oomph!" qrupu ilə birlikdə çıxış edərək "Träumst du?" mahnısı ilə Aşağı Saksoniyanı təmsil edib və 147 xalla müsabiqənin qalibi olub. Mahnı "German Media Control" hit-paradlarında ilk onluğa yüksəlib.

Müğənni 2009-cu ilin baharında Çexiyaya geri dönüb. O, "Broadway" Teatrında eyniadlı müziklda baş rol olan Mona Liza rolunu alıb. Bundan əlavə, tarixdə ilk dəfə keçirilən "Česko Slovenská SuperStar" layihəsinin münsiflər heyətində yer almaq təklifini qəbul edib və burada tamaşaçılar tərəfindən mövsümün ən simpatik münsifi seçilib. 2010-cu ildə "Kat Mydlář" müziklında baş qadın rolu olan Dorotka, "Baron Prášil" müziklında Evelina və "Ať žije rokenrol" (Yaşasın rok-n-roll) müziklında Sonya rolu ilə çıxış edib. Həmin il o, həmçinin Almaniyanın "PopStars" vokal yarışmasının münsiflər heyətində əyləşib və Almaniyanın "ZDF" televiziyasında həftədə bir dəfə yayımlanan, əsasən canlı musiqiyə üstünlük verilən "NeoMusic: Wanted" adlı öz musiqi proqramına aparıcılıq edib.

Şəxsi həyatı Marta Yandova "Olympic" rok qrupunun uzunillik solisti Petr Yandanın qızıdır. O, çexiyalı ginekoloq Miroslav Verner ilə yaşayır və 7 avqust 2013-cü ildə onların Mari adlı qızı dünyaya gəlib.

Diskoqrafiya Die Happy qrupunun tərkibində Albomları: 1996 Dirty Flowers 2000 Supersonic Speed 2002 Beautiful morning 2003 The weight of the circumstances 2005 Bitter to better 2006 No nuts no glory 2008 Six 2010 Red Box 2014 EverLove

Toplular: 2004 Four & more unplugged (akustik konsertin yazısı) 2009 Most Wanted (ən yaxşı mahnıların toplusu)

Əməkdaşlıqları Dog Eat Dog (mit Marta) — Undivided Music Team Germany (mit Marta) — Won’T Forget These Days 2006 Fußballjahr 2006 (mit Marta) — Nationalhymnen Zeichen der Zeit (mit Marta)- Ein weiterer Morgen :en:In Extremo (mit Marta) — Horizont Aleš Brichta (mit Marta) — Legends never die Apocalyptica (mit Marta) — Wie weit/How far Letzte Instanz (mit Marta) — Kalter Glanz Letzte Instanz (mit Marta) — Gewissen Mädchen checken das (mit Marta)-Sing dein Leben Petr Janda feat Marta Jandová — Dotyky slávy Bap feat. Marta Jandova — Lena :en:Oomph! feat. Marta Jandova — Traumst Du — Dream Here (With Me) Revolverheld feat. Marta Jandová — Halt Dich an mir fest

İstinadlar

Xarici keçidlər

Сайт Марты Страница на MySpace

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Çexiyanın "Avroviziya" təmsilçiləri