Marsa (və ya Il-Marsa) — Maltanın Valletta Limanında yerləşir. 2013-cü ilin mart ayına olan məlumata görə, əhalinin sayı 4571 nəfərdir. Mars öz adını "Liman" sözündən götürüb.

Tarixi Marsa şəhəri Marsa çayının yaxınlığında yerləşir. Suları ilə məşhur olan bu ərazi vadinin suları ilə dəniz arasındakı əlaqəsinə görə diqqəti cəlb edir. Çayın eyni zamanda Valletta limanı ilə də əlaqəsi mövcuddur. Marsa şəhərinin əsası birinci dəfə Finikiya dövründə qoyulmuşdur. Şəhərin yaxınlığında Roma imperiyası dövründən qalmış bir çox xarabalıqlar mövcuddur. Marsa şəhəri sonralar Malta Suveren Hərbi Ordeni tərəfindən idarə olunmuşdur.

1565-ci ildəki Malta mühasirəsindən sonra şəhər Osmanlı imperiyası tərəfindən işğal edilmişdir.

İstinadlar

Kateqoriya:Malta şəhərləri Kateqoriya:Maltanın yerli şuraları