Akilas Mitilineos (; ), mononim olaraq Akilas kimi tanınır — Yunanıstan müğənnisi və mahnı müəllifi. Avstriyanın Vyana şəhərində keçirilən 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı təmsil etmiş və 220 xal toplayaraq 10-cu yeri tutmuşdur.

Erkən illəri Akilas 11 fevral 1999-cu ildə Sere şəhərində anadan olmuşdur. Uşaqlıqdan yaradıcı mühitdə böyümüşdür. Musiqiyə böyük maraq göstərmiş, Seren musiqi məktəbində təhsil almış və yerli teatr dərnəklərində fəaliyyət göstərmişdir.

Serrasdaki Orta mekteb bitirdikten sonra Saloniki şəhərinə yollanmış, burada kulinariya məktəbini bitirdikdən sonra restoranlarda çalışmışdır.İki il ərzində "Aida Cruises" şirkətinə məxsus kruiz gəmilərində müğənni kimi fəaliyyət göstərmiş, daha sonra isə Afina şəhərinə köçmüşdür.

Musiqi karyerası Mitilineos 2021-ci ildə "TikTok" platformasında ukulele musiqi alətinin müşayiəti ilə paylaşdığı kaver versiyalı ifaları sayəsində Yunanıstan auditoriyasında tanınmağa başlamışdır. Elə həmin il onun "Ftinokraso" adlı ilk sinqlı işıq üzü görmüşdür.

2022-ci ildə "The Voice of Greece" musiqi yarışmasının səkkizinci mövsümündə iştirak edərək Panos Muzurakis ilə əməkdaşlıq etmiş, lakin layihənin duel mərhələsində müsabiqəni tərk etmişdir.

4 yanvar 2026-cı il tarixində ERT1 telekanalında yayımlanan "Sing for Greece — Ethnikós Telikós Eurovision 2026 — I finalist" verilişi zamanı Akilasın "Ferto" adlı mahnı ilə "Sing for Greece 2026" adlı Yunanıstan milli seçim turlarında iştirak edəcəyi elan olunmuşdur. İlk yarımfinal mərhələsini uğurla keçən ifaçı 15 fevral 2026-cı il tarixində təşkil edilən final mərhələsində qələbə qazanmışdır. Bu nailiyyətlə o, Avstriyanın Vyana şəhərində keçirilən 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı təmsil etmək hüququ əldə etmiş və yekunda 220 xal toplayaraq 10-cu pillədə qərarlaşmışdır.

Şəxsi həyatı Akilas açıq kvir identikliyinə malikdir.

Diskoqrafiya

Sinqllar Başlıq İl Pik çart mövqeyi Albom GRELocal «Fthinokraso» 2021 — rowspan="13" «To plithos (La Foule)» — «Didymes floges» 2022 — «To avrio» — «Ela konta» — «Ma ego» 2023 — «Ekdilosou» — «Arga» — «Atelié» — «Taseis fygis» 2024 — «Ekdilosou» — «Ela konta (House Mix)» 2025 — «Ferto» 2026 8 «—» müəyyən bir ərazidə yayımlanmamış və ya siyahıya alınmamış bir qeydi ifadə edir.

İstinadlar

Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Yunanıstan müğənniləri Kateqoriya:Yunanıstanın "Avroviziya" təmsilçiləri