Secret Garden () — Norveç-İrlandiya musiqi dueti. Duet irlandiyalı skripkaçı və müğənni Fionnuala Şerri ilə norveçli bəstəkar, aranjimançı və pianist Rolf Lövland tərəfindən yaradılıb. Onlar "new-age" musiqi janrı üzrə ixtisaslaşmış qrupdur. Qrup 1995 Avroviziya Mahnı Müsabiqəsində Norveçı "Nocturne" adlı instrumental bəstə ilə təmsil edərək qələbə qazanması ilə məşhurlaşıb. 25 ildən artıq davam edən tərəfdaşlıqları dövründə onlar bütün dünyada milyonlarla albom satıblar ki, bu albomların da çoxu bir çox ölkədə platin statusu qazanıb.

Tarixi Qrup 1995-ci ildə "Nocturne" bəstəsi ilə Avroviziya Mahnı Müsabiqəsində qalib gələrək Norveçə bu yarışmadakı ikinci qələbəsini qazandırıb. Bu, əsasən instrumental xarakter daşıyan bir musiqi parçasının Avroviziyada qalib gəldiyi yeganə hadisə olub. Bununla belə, bəstənin müsabiqənin qaydalarına uyğun gəlməsini təmin etmək məqsədilə ssenarist Petter Skavlan tərəfindən yazılıb bəstəyə bir neçə sətirlik norveçcə sözlər də əlavə edilmişdir. Avroviziya səhnəsində bu mahnını norveçli müğənni Qunnhild Tvinnereim ifa edib, flutada Hans Fredrik Yakobsen, İsveç nikellarpa (nyckelharpa) alətində isə qonaq qismində Osa Yinder onu müşayiət edib (baxmayaraq ki, onların heç biri qrupun daimi üzvü deyil). Bu hadisədən on il əvvəl, yəni 1985-ci ildə Rolf Lövland Norveçə ilk Avroviziya qələbəsini gətirən "La det swinge" (Let it swing) mahnısını da bəstələyib.

Debüt albomu Onların Avroviziyadakı bu uğuru ilk albomları olan "Songs from a Secret Garden"ın uğuruna cığır açıb. Albom bütün dünyada bir milyon nüsxə ilə satılıb. Norveç və Koreyada platin, İrlandiya, Honkonq və Yeni Zelandiyada qızıl statusu qazanıb. Üstəlik, 1996 və 1997-ci illərdə "Billboard"ın "new-age" hit-paradlarında iki il boyu qərarlaşıb. Barbra Streyzand bu albomdakı "Heartstrings" bəstəsini özünün "A Love Like Ours" albomu üçün "I've Dreamed of You" mahnısı kimi uyğunlaşdırıb. O, həmçinin Ceyms Brolin ilə olan toy mərasimində də "Heartstrings" musiqisindən istifadə edib.

Albomun 30 illiyi münasibətilə 2025-ci ildə onun yenidən işlənmiş (remastered) versiyası buraxılıb.

Növbəti albomları Onların ikinci albomu "White Stones" 1997-ci ildə işıq üzü görüb və eyni zamanda "Billboard New Age" hit-paradlarında ilk onluğa daxil olub. Üçüncü studiya albomu olan "Dawn of a New Century" 1999-cu ildə işıq üzü görüb və burada da sözlərin müəllifliyini yenə norveçli Petter Skavlan öz üzərinə götürüb. Onların 2001-ci ildə işıq üzü görən "Once in a Red Moon" studiya albomu da "Billboard"ın "new-age" siyahısında ilk onluğa yüksəlmək də daxil olmaqla, bütün dünyada böyük uğur qazanıb.

2000-ci ildə "Dreamcatcher" adlı toplu (kompilyasiya) albomu buraxılıb. Secret Garden 2004-cü ildə Avstraliya və Yeni Zelandiya qastrol səfərləri üçün "Dreamcatcher: Best Of" albomunu təqdim edib və bu albom Avstraliyanın "New Age" hit-paradlarında zirvəyə yüksəlib, həmçinin "ARIA"nın ən yaxşı 50 albom siyahısına daxil olub.

Bir neçə digər albomdan sonra onlar 2019-cu ildə özlərinin onuncu albomu olan "Storyteller"ı dinləyicilərə təqdim ediblər.

Məşhur mahnıları !Secret Garden!ın ilkin olaraq Conni Loqan və Brayan Kennedi tərəfindən ifa edilən ən məşhur mahnısı "You Raise Me Up", Coş Qroban, Rassell Uatson, Westlife, Sissel Kirkjobo, Bekki Teylor, Celtic Woman, Lena Park, Robert Tremlett, Il Divo, Ridian və Serxio Dalma da daxil olmaqla, yüzdən çox digər sənətçi tərəfindən lentə alınmışdır.

"Nocturne" bəstəsi 1995-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. Qrupun ingilis rojoku (cor anglais) solosu ilə müşayiət olunan "Adagio" parçası isə Vonq Kar-Vayın 2004-cü ildə ekranlara çıxan "2046" filmində istifadə edilib.

Avtobiografik kitab 2015-ci ildə Secret Garden Rolf Lövlandın Fionnuala Şerri ilə həmmüəllifliyi əsasında yazılan "You Raise Me Up: The Story of Secret Garden" adlı kitab nəşr etdirib. Kitabda onların qazandıqları zəfərlərlə yanaşı, iyirmi il boyu tab gətirdikləri sınaqlardan, çətinliklərdən və yaşadıqları sarsıntılardan bəhs olunub.

Diskoqrafiya Studiya albomları İlAlbomÇatlarda ən yüksək mövqeyi NOR AUS USNew Age 1996:en:Songs from a Secret Garden16451997:en:White Stones6—71999:en:Dawn of a New Century10—42001:en:Once in a Red Moon27422004:en:Earthsongs95112007:en:Inside I'm Singing 1922011:en:Winter Poem 5—52013Just the Two of Us 6—72019Storyteller 6—72024Songs in the Circle of Time ———2025Oxuyur Secret Garden ———

Əməkdaşlıq albomları Katerina İversen ilə İlAlbomÇatlarda ən yüksək mövqeyi NOR AUS USNew Age 2020Müqəddəs Gecə: Milad Albomu———

Canlı albomlar İlAlbomÇatlarda ən yüksək mövqeyi NOR2016Live at Kilden18

Toplu albomlar İlAlbomÇatlarda ən yüksək mövqeyi NOR AUS1998Fairytales18—1999Highlights30—2000Dreamcatcher: Best of Secret Garden—402004The Ultimate Secret Garden (Asia)——2018You Raise Me Up – The Collection——2020Nocturne: The 25th Anniversary Collection (Norway)——2025Secret Spring——

İstinadlar

Xarici keçidlər

Official YouTube channel

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:2024-cü ildə yaranan musiqi qrupları Kateqoriya:Norveçin "Avroviziya" təmsilçiləri Kateqoriya:1995-ci ildə yaranan musiqi qrupları