Aşağı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun Aşağı Seyfəli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Şamxor çayının sahilində, Kicik Qafqazın ətəyindədir. Bəzi ədəbiyyatlarda Şamaxı rayonu ərazisində de Aşağı Seyfəli yaşayış məntəqəsinin olduğu göstərilir. 1917-ci ildə Seyfalı variantında qeydə alınmışdır. Etnotoponimdir. Seyfalı dərəsi (Daşkəsən), Seyfalas/Seyfalısu (Qəbələ) oronim və hidronimi də seyfalı etnonimi ilə bağlıdır. XIX əsrə aid sənədlərdə Gəncə qəzasında maldarlıqla məşğul olan seyfəli (seyfəlli) elatı haqqında məlumat verilir. Onlar əsasən Şəmkir çayından çəkilmış Kotançı arxın kənarında yaşayırdılar. Oykonim "Aşağıda yerləşən Seyfəli kəndi" mənasındadır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
İstinadlar
Kateqoriya:Şəmkir rayonunun kəndləri