Qəhtanilər () və ya Ərəbi-aribə () — Cənubi Ərəbistanda xüsusilə də Yəməndə yaşayan ərəb qəbilə konfederasiyası.

Haqqında Qəhtanilərin əcdadı Qəhtan hesab olunur. Qəhtanın nəslindən olanlar üçün isə Yəmən, Əhlül-Yəmən, Yəməniyyə, Əzd və Kəlb qəbilə adlarından istifadə edilir.

Bəzi tarixçilər və nəsəb (şəcərə) alimləri Qəhtani qəbilələrini iki əsas qola ayırır və onların mənşəyini Səbanın Himyər və Kəhlan adlı iki oğlu ilə əlaqələndirirlər. Kəhlanın nəslində olanlar köçəri həyat yaşamışlar. Himyərin nəslindən olanlar isə Himyərilər krallığını qurmuş və oturaq həyat yaşamışlar.

Həmçinin bax Ədnanilər

İstinadlar

Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Ərəblər Kateqoriya:Qəhtanilər Kateqoriya:Yəmən tarixi