Yörgen İnqmann (; ) — Danimarka gitaraçısı. Həyat yoldaşı Qrete ilə yaratdığı duet çərçivəsində "Dansevise" mahnısını ifa edərək 1963-cü il Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur.

Həyatı On yaşından etibarən skripka çalmağa başlamışdır. 1945-ci ildən 1958-ci ilə qədər Danimarkanın ən tanınmış caz musiqiçilərindən biri olan Sven Asmussen ilə birlikdə çalışmışdır. Daha sonra "Yörgen inqmann və onun gitarası" adı altında solo proqramlarla çıxış etmişdir. Bu adla 1961-ci ildə "Apache" albomunu yazdırmışdır. Sözügedən albom İngiltərə hit-paradlarında 1-ci, ABŞ hit-paradlarında 2-ci, Kanada hit-paradlarında 4-cü, Qərbi Almaniya hit-paradlarında isə 6-cı pilləyə yüksəlmişdir. 1956-cı ildə gənc müğənni Qrete Klemmensen ilə ailə həyatı qurmuş və bu evlilikdən yaranan duet qısa müddətdə "Blot slentre gennem regn" mahnısı ilə Skandinaviyada populyarlıq qazanmışdır. 1963-cü ildə "Dansk Melodi Grand Prix" müsabiqəsində qalib gəldikdən sonra bu duet Danimarkanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və burada da "Dansevise" mahnısı ilə birinci yeri qazanmışdır.Avisen.dk: Dansk Melodi Grand Prix-legende død . 22.03.2015

1975-ci ildə Yörgen İnqmann Qretedən boşanmış və bundan sonra öz kvarteti ilə, həmçinin müstəqil gitaraçı kimi çıxışlarını davam etdirmişdir. O, 1984-cü ildə uzun sürən xəstəlik səbəbindən səhnə ilə vidalaşmışdır.Niels Pedersen, Jens Anton Havskov Hansen: Forfatter til Ingmann-biografi: Perfektionismen blev Jørgens hæmsko . BT.dk, 22.03.2015

Yörgen İnqmann 21 mart 2015-ci il tarixində, ömrünün 90-cı ilində vəfat etmiş,Jyllands-Posten: BLÅ BOG: Jørgen Ingmann . 22.03.2015 geridə iki övlad və beş nəvə qoymuşdur.

Mirası 2003-cü ildə Henrik Kristofersenin müəllifliyi ilə "Qrete və Yörgen İnqmannlar" adlı kitab işıq üzü görmüşdür.

2010-cu ildə "Tivoli"nin Şüşə Zalında Yörgen və Qrete İnqmannların həyat və yaradıcılığına həsr olunmuş "Gölməçədə günəş şüası" adlı tamaşa səhnəyə qoyulmuşdur.

İstinadlar

Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:Danimarkanın "Avroviziya" təmsilçiləri Kateqoriya:XX əsr musiqiçiləri