Behbudov Lütfəli bəy Rəhim bəy oğlu () — mühəndis, Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının üzvü.
Həyatı Lütfəli bəy Behbudov 27 mart 1879-ci ildə Şuşa qəzasının Üçoğlan kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun adı Niftalı bəy kimi də qeyd edilir. Sankt-Peterburq şəhərində Dağ-Mədən Akademiyasını bitirmişdi. 1903-cü ildən Hacı Zeynalabdin Tağıyevin şirkətində mühəndis, sonra müdir işləmişdi. 1911-ci ildə Hacıyla arası dəymiş, məhkəməyə müraciət etmişdi. Hacı Zeynalabdin onun acığına bütün qarabağlıları işdən çıxarmışdı.
Əbdürrəhim bəy Haqverdiyev tərcüməyi-halında yazır: 1911-ci sənədə "Tağıyev-Behbudov" keyfiyyətindən dolayı qulluqdan olan qarabağlıları və o cümlədən məni paraxodstvadan xaric etdilər (Bu xüsusda əlimdə indi də sənəd var).Ə. Haqverdiyev. Seçilmiş əsərləri. II cild. Bakı: 1971, səh. 472
Lütfəli bəy 1911-ci ildə "Kürətan" adlı aksioner cəmiyyət yaradıb ona başçılıq etmişdi. Zaqafqaziya Seymində poçt-teleqraf naziri işləmişdi. 1918-ci ildə ermənilər tərəfindən öldürülmüşdü.
Ailəsi Lütfəli bəy tatar knyaginyası Leyla xanımla evlənmişdi. Dilarə bəyim, Pəri bəyim və Leyla bəyim adlı qızları vardı.
İstinadlar
Mənbə Ənvər Çingizoğlu. Behbudovlar. Bakı: Mütərcim, 2008, 168 səh.
Həmçinin bax Cavanşirlər Behbudovlar
Kateqoriya:Behbudovlar Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Azərbaycanlı mühəndislər Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Zaqafqaziya Seyminin üzvləri Kateqoriya:Qətl qurbanları