Geir Rönninq (;) — fin və norveçli müğənni, mahnı müəllifi. Avroviziya Mahnı Müsabiqəsinə qatılmaq üçün yeddi cəhddən sonra, 2005-ci ildə müsabiqəyə vəsiqə qazansa da, Geirin çıxışı o qədər də uğurlu olmayıb.
Norveçdə doğulan Geir 2000-ci illərə qədər bu ölkədə yaşayıb. 2010-cu ilə qədər Finlandiyada yaşayan Geir 2010-cu ildə İsveçə köçüb. Həyatı Karyerasına 1994-cü ildə başlayan Geir, 1997-ci ildən 2010-cu ilə qədər Norveç və Finlandiyadan Avroviziya Mahnı Müsabiqəsinə qatılmağa çalışsa da, müsabiqəyə yalnız bir dəfə — 2005-ci ildə vəsiqə qazana bilib. Norveçdəki karyerası (1994-1997, 2006) Geir, karyerasına Norveçdə başlayıb.
1994-cü ildə o, "Melodi Grand Prix" festivalında Yan Teygenin ifa etdiyi "Gi alt vi har" mahnısının bəstəkarı olub. Mahnı 275 xal toplayaraq beşinci yeri tutub.Melodi Grand Prix 1994 на natfinals.50webs.com
1995-ci ildə Rönninqə "Melodi Grand Prix"də ifaçı kimi iştirak etmək şansı verilib. Onun "Uten lyst, uten tro" mahnısı 134 xal toplayaraq, yeddinci yerə çıxıb.
1996-cı ildə yenidən festivalda iştirak edın Rönninqin ifa etdiyi "Uten de'" mahnısı 56 xalla ikinci yeri tutub. Rönninq ikinci yeri Mari Hastlöy Osdal və Helqa Hastlöy Haqen ilə olan dueti ilə bölüşüb.
Bir il sonra müğənni yenidən festivalda iştirak edib. "Venter på deg" mahnısı yeddinci yerə çıxıb.
2006-cı ildə Norveçə qayıdan Rönninq, norveçli müğənni Yorun Erdal ilə duet şəklində yenidən festivalda iştirak edərək, festivalın ilk yarımfinalında "Lost and Found" dueti ilə finala yüksəlib. Müsabiqənin finalında duet 57905 səs toplayaraq mahnını dördüncü edib. Finlandiyaya köçməsi (90-cı illərin sonu) 90-cı illərin sonlarında Geir, Finlandiyaya köçərək, orada beş nəfərdən ibarət rok-n-rol qrupunun solisti olub. Geir, həmçinin Şimal ölkələrindən kənarda da qastrol səfərlərində iştirak edərək, Albaniya, Rumıniya, Böyük Britaniya və ABŞ-də konsertlər verib. Finlandiyadakı karyerası (2002–2005, 2010) 2002-ci ildə Geir yenidən Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək üçün, həmin il Finlandiyanın "Finnish Euroviisut" adlı milli seçim turunda iştirak edərək, "I don't wanna throw it all away" mahnısı ilə 36183 səslə üçüncü yerdə qərarlaşıb.Finnish Euroviisut 2002 на natfinals.50webs.com
2004-cü ildə Rönninq yenidən seçim turunda iştirak edib. Yarımfinala keçən "I don't need to say" mahnısı, finalda mahnı 28935 səs toplayaraq beşinci yeri tutub.
2005-ci ildə yenidən seçim turunda iştirak edən Geirin "Why?" mahnısı 30648 səs toplayaraq 1-ci yeri tutdu. Lakin, yarımfinalda 18-ci yeri tutan müğənni finala vəsiqə qazana bilmədi. Avroviziya (2005) Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək üçün uğursuz cəhdlərindən sonra Geir şansını yenidən 2005 Avroviziya Mahnı Müsabiqəsinin Finlandiya seçim turunda sınayıb. Fevralın 11-də baş tutan Finlandiya seçiminin yarımfınalında, "Why?" kompozisiyası 1-ci yeri tutaraq, finala yüksəlib. Final seçimi fevralın 19-da Tamperenin zallarından birində keçirilib. Münsiflər heyəti mahnıya 19 xal, tamaşaçı səsverməsi isə 30648 səs verib. Nəticədə, Geir rəsmi olaraq seçimin qalibi elan edilərək, Finlandiyanı Avroviziyada təmsil etmək şansını qazanıb.
Müsabiqənin yarımfınalında Rönninq on altıncı nömrə altında çıxış edib. Səsvermənin sonunda mahnı cəmi 50 xal toplayaraq 18-ci yeri tutub. Lakin bu qədər xal finala keçmək üçün kifayət etmədiyindən, Geir müsabiqənin finalına vəsiqə qazana bilməyib. Bu uğursuzluq müğənninin musiqi karyerasına heç bir təsir etməyib, Rönninq bu gün də fəal şəkildə musiqi ilə məşğul olmağa davam edir. İsveç İdolu (2010) 2010-cu ildə Rönninq İsveç İdolunun yeddinci mövsümündə iştirak edərək, noyabrın 5-də yeddinci yerin qalibi olub.
Diskoqrafiyası Albomları 1996: Første gang 2005: Ready for the Ride 2008: Bare du som vet Sinqlları 2002: «I Don't Wanna Throw It All Away» 2004: «I Don't Need to Say» 2005: «Why?» 2006: «Lost and Found» İstinadlar
Kateqoriya:Finlandiyanın "Avroviziya" təmsilçiləri Kateqoriya:XX əsr müğənniləri