Ticarət assosiasiyası və ya Ticarət-sənaye assosiasiyası ( — birləşdirirəm, bağlayıram) — hüquqi şəxslərin öz üzvlərinin müstəqilliyini, hüquqi və əmlak azadlığını hifz edib saxlamaqla, qarşılıqlı faydalı əməkdaşlıq əsasında ümumi məqsədlərə nail olmaq üçün yaratdıqları könüllü ittifaqdır.
Təsərrüfat praktikasında assosiasiyada istehsal, ticarət və ya digər sahibkarlıq strukturları birləşir. Onlar kommersiya fəaliyyətinin əlaqələndirilməsi, müştərək proqramların həyata keçirilməsi, assosiasiya üzvlərinin mənafelərinin müştərək müdafiəsi, müştərək kommersiya proqramlarının maliyyələşdirilməsi və istehsalın bölüşdürülməsi (ixtisaslaşdırılması) məqsədilə təsis edilir. Assosiasiya hüquqi şəxsdir, müstəqil balansa, hesablaşma hesabına və digər hesablara, əmtəə nişanlarına və öz simvolikasına malik ola bilər. Assosiasiya öz üzvlərinin öhdəliklərinə görə cavabdehlik daşımır və eyni qaydada üzvlər də assosiasiyanın öhdəliklərinə görə məsuliyyət daşımırlar. Assosiasiyanın idarə edilməsi ümumi yığıncaq tərəfindən seçilən şura (idarə heyəti), operativ rəhbərlik isə şura tərəfindən təyin edilən icraçı direktorluq tərəfindən həyata keçirilir. Assosiasiyanın və icraçı direktorluğun fəaliyyətinə nəzarəti isə müşahidə şurası (təftiş komissiyası) yerinə yetirir.
Assosiasiyalar hüquqi şəxslərin qeyri-kommersiya ittifaqları kimi birbaşa kommersiya fəaliyyəti ilə məşğul olmurlar, lakin istehsal, ticarət və digər kommersiya-sahibkarlıq strukturları təsis edə bilərlər.
İstinadlar
Ədəbiyyat siyahısı
This provides a comprehensive contemporaneous overview of trade associations and associated government activity, as of the early 20th century. Garrelts, Frank: Märkte im Umbruch – Kooperationen als Chance im Handel (Markets on the move – trade associations as a business opportunity), München: Beck 1998, .
The Swope Plan (Federal Trade Commission) – responsible for supervising trade associations established for each industry
Kateqoriya:Birliklər Kateqoriya:Təşkilat növləri Kateqoriya:Ticarət assosiasiyaları