Kozimo Rucciyeri (, ; ) — Florensiya astroloqu və Yekaterina Mediçinin Fransa sarayına özü ilə gətirdiyi müşaviri.

Həyatı Kraliçanın himayəsi sayəsində Kozimo Rucciyeri Fransa sarayında böyük nüfuza sahib olmuşdur. Mövhumatçı kraliçanın hər bir məsələdə Kozimo Rucciyeri ilə məsləhətləşdiyi və onun astroloji müşahidələri üçün rəsədxana ucaltdırdığı məlumdur.

Kozimo Rucciyeri kraliçanın oğlu Alanson hersoqunun yanında italyan dili müəllimi kimi fəaliyyət göstərmişdir, lakin onun əsl vəzifəsi narazılar partiyasının rəhbəri olan hersoqu izləməkdən ibarət olmuşdur.

1574-cü ildə La Mol və Kokonnasın sui-qəsdində əli olduğu üçün qaleraya (kürəkli gəmiyə) məhkum edilmiş, lakin kraliçanın müdafiəsi sayəsində cəzadan xilas olunmuşdur.

1598-ci ildə Nantda yaşadığı dövrdə, kral IV Henrixi sehrli tilsimlərlə məhv etmək cəhdində ittiham edilmişdir. Kral Henrix, ehtimal ki, Varfolomey gecəsində həyatının xilas edilməsinə minnətdarlıq əlaməti olaraq, onu cəzadan azad etmişdir.

Kozimo Rucciyeri 1604–1615-ci illərdə Parisdə böyük uğur qazanan astroloji almanaxlar nəşr etdirmişdir. O, 1615-ci ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Astroloqlar