Aleksandr Mari Eleonor de Sen-Moris, qraf de Monbarre (; ) — Müqəddəs Roma imperiyasının şahzadəsi (1774), birinci dərəcəli İspaniya qrandı (1780), "Müqəddəs Ruh" ordeni cəngavəri, general-leytenant (1780).
Həyatı 20 aprel 1732-ci ildə Bezansonda anadan olmuşdur. O, Franş-Konte (Dol) mənşəli bir ailəyə mənsub idi.Roger de Lurion, Nobiliaire de Franche-Comté (Besançon, 1890) Bu ailəyə Dol Universitetinin professoru, Dol Parlamentinin müşaviri, daha sonra isə V Karl və II Filippin hakimiyyəti dövründə Niderland Dövlət Şurasının rəhbəri olmuş hüquq doktoru Jan de Sen-Morisin şəxsində 1537-ci ildə İmperator V Karlın fərmanı ilə zadəganlıq titulu verilmişdir. Monbarre şahzadəsi ailəsinin zadəganlıq mənşəyi ilə fəxr etmiş, yeni qazandığı şahzadə və İspaniya qrandı titullarının təsirinə qapılmışdır.Mémoires du baron de Besenval, page 228 (1805) O, İmperator II İosif tərəfindən verilən Müqəddəs Roma imperiyasının şahzadəsi titulu üçün 100 000 funt ödəmiş və ailəsini eyni qraflıqdan olan digər qədim zadəgan nəsli — Sen-Moris-Salen ailəsi ilə əlaqələndirən saxta bir şəcərə hazırlatmışdır.Roger de Lurion, Nobiliaire de Franche-Comté, page 710 (Besancon 1890)
Şahzadə de Sen-Moris-Monbarre general-leytenant Klod Fransua Eleonor de Sen-Moris, qraf de Monbarre (1694–1751) və Mari Terez Eleonor dü Men dü Burqun (1711–1732) yeganə oğlu olmuşdur. Erkən və uğurlu hərbi karyeradan sonra Monbarre Kral XVI Lüdovikin sarayına gəlmiş və burada XVI Lüdovikin baş naziri, markiz de Moprepanın həyat yoldaşı olan qohumu Madam de Moprepa tərəfindən himayə edilmişdir. Madam de Moprepa həyat yoldaşının vasitəsilə Monbarrenin hərbi direktor (onun üçün xüsusi olaraq yaradılmış və konkret vəzifə öhdəliyi olmayan bir mövqe) və hərbi işlər üzrə dövlət katibi, qraf de Sen-Jermenin müavini təyin edilməsinə nail olmuşdur. Qraf de Sen-Jermen istefa verdikdə, Madam de Moprepanın nüfuzu sayəsində Monbarre 1778-ci ildə hərbi işlər üzrə dövlət katibi vəzifəsinə gətirilmişdir.
Monbarre şahzadəsi öz maraqlarını güdən və bacarıqsız bir nazir olmuşdur. O, mənəvi dəyərlərdən uzaq bir yanaşma nümayiş etdirərək,Mémoires d'un pair de France, volume 1, page 139 (1840)) rəhbərlik etdiyi nazirliyin işləri ilə məşğul olmaqdansa,Histoire et anecdotes de la Révolution française, page 42 (1794) öz şəxsi mənafelərinə və çoxsaylı məşuqələri ilə olan münasibətlərinə daha çox enerji sərf etmişdir.Dictionnaire contenant les anecdotes historiques de l'amour, tome IV, pages 502 à 505 (Gobelet imprimeur, 1811) 1780-ci ildə, ABŞ ilə müharibə dövründə, hərbi vəsaitlərin təyinatı üzrə istifadə olunmaması ilə bağlı Jak Nekker tərəfindən irəli sürülən tənqidlər və məşuqəsi qız Renar tərəfindən idarə olunan hərbi təyinatların alqı-satqısı şəbəkəsinin ifşa edilməsinin yaratdığı qalmaqal nəticəsində vəzifəsindən uzaqlaşdırılmışdır.Étienne-Léon de Lamothe-Langon, Mémoires de madame du Barry, page 227 (1829) Məcburi istefasından sonra o, həyat yoldaşı və qızı — Nassau-Saarbrükken şahzadəsi ilə birlikdə Bastiliya yaxınlığındakı Arsenal binalarından birinə, kral tərəfindən ona ayrılmış və böyük bir təqaüdlə təmin olunmuş lüks mülkə köçmüşdür. İnqilab zamanı Monbarre şahzadəsinin iqamətgahını bəzəyən mebellər, kitabxana, rəsm qalereyası və sənət əsərləri mühacirlərin mülkiyyəti kimi müsadirə olunmuş və onları İngiltərəyə aparan Lord Çetəmə (Britaniya imperiyasının baş naziri Vilyam Pittin böyük oğlu) satılmışdır.Mémoires de la Société d'émulation du Jura – 1882, page 284
Bastiliyanın alınması zamanı Monbarre şahzadəsi və həyat yoldaşı kütlənin törətdiyi qırğından xilas ola bilmişdir. İnqilabın başlanğıcında o, Bezansor yaxınlığındakı Rüffey qəsrinə sığınmışdır. 1791-ci ildə həyat yoldaşı ilə birlikdə İsveçrəyə — Nöşatelə, həmçinin Kressye və Landeron kəndlərinə mühacirət etmişdir.Phiippe Ernest Godet : Madame de Charrière et ses amis (1906), volume 2-page 29 et suivantes Sərhədi keçərkən onların yanlarında olan bütün pulları və zinət əşyaları qarət edilmişdir.Mémoires de Fauche-Borel, Paris 1829 1795-ci ilin yanvarında Konstans şəhərinə köçmüş və 5 may 1796-cı ildə burada yoxsulluq içində vəfat etmişdir. Onun ölümündən sonra dul qalmış həyat yoldaşı mühacirətdən qayıtmış və 1819-cu ildəki ölümünə qədər Franş-Kontenin Dol şəhərində yaşamışdır.Léonce de Piépape, Le Prince de Montbarrey, 1886)
Monbarre şahzadəsi öz xatirələrini qələmə almışdır (1826-cı ildə nəşr olunmuşdur). Bu xatiratda o, səhifələrlə öz şəcərəsindən, əlaqələrindən və şəxsi sərvətini, maraqlarını artırmaq üçün nazir vəzifəsindən necə yararlandığından bəhs etmişdir. Belə ki, Nassau-Saarbrükken şahzadəsi tərəfindən iddia edilən üç milyonluq şübhəli müharibə borclarının kral xəzinəsi tərəfindən ödənilməsi müqabilində, Monbarre şahzadəsi 1779-cı ildə özünün 20 yaşlı qızının cəmi 11 yaşı olan vəliəhd Nassau-Saarbrükken şahzadəsi ilə evliliyini təşkil etmişdir.J. F. Georgel, Mémoires pour servir à l'histoire des évènements de la fin du XVIIIe siècle, page 540 (librairie Eymery, 1817)
İstinadlar
Kateqoriya:Fransa müdafiə nazirləri Kateqoriya:XVI Lüdovik nazirləri