Lui Mişel Lepeletye, markiz de Sen-Farjo (; ) — Fransa siyasətçisi və hüquqşünası. Fransa inqilabında ilk ölən şəxsLa passion, selon Le Peletier de Saint-Fargeau — «Юманите́», 31 июля 2009 годаLe Peletier de Saint-Fargeau və Panteonda dəfn olunmuş ilk inqilabçı hesab edilir.Soboul A. Les sans-culottes parisiens en l’an II. P., 1958;
Həyatı Zəngin bir aristokrat ailəsində anadan olmuşdur. Entomoloq Amedey Lui Mişel Lepeletyenin qardaşı və siyasətçi Feliks Lepeletyenin ata-bir qardaşıdır. Yazıçı Jan d'Ormessonun əcdadlarından biridir. Fransanın Böyük Şərq mason lojasının üzvü olmuşdur.
Başlanğıcda mənsub olduğu təbəqənin əksər nümayəndələri kimi mühafizəkar baxışları bölüşmüşdür. Zamanla onun ideyaları daha radikal xarakter almışdır. 13 iyul 1789-cu il tarixində, istefası Parisdə böyük həyəcana səbəb olan və üsyana təkan verən Jak Nekkerin geri qaytarılması tələbi ilə çıxış etmişdir. Ölüm hökmünün və katorqa işlərinin ləğv edilməsini, gilyotinlə edamın asılmaqla əvəzlənməsini müdafiə etmiş və bu addımları ona geniş populyarlıq qazandırmışdır. 21 iyun 1790-cı il tarixində Müəssislər Məclisinin prezidenti olmuş və müəyyən edilmiş reqlamentə uyğun olaraq iki həftə ərzində bu vəzifəni icra etmişdir.
1791-ci ildə Yonna departamentinin baş şurasının prezidenti seçilmişdir. Daha sonra Milli Konventin deputatı olmuşdur.Луи Мишель Лепелетье де Сен-Фаржо на сайте Национального Собрания .
XVI Lüdovikin mühakimə olunmasının lehinə çıxış etmiş və kralın ölüm hökmünə səs verərək həlledici səsin (lehinə — 361, əleyhinə — 360) sahibi olmuşdur. XVI Lüdovikin edamından bir neçə saat əvvəl, Palye-Royalda yerləşən bir restoranda Fransa Qvardiya Korpusunun üzvü Filipp Nikolya Mari de Pari tərəfindən müəmmalı şəraitdə qətlə yetirilmişdir.
Parisdəki Panteonda dəfn olunmuşdur. Termidor çevrilişindən sonra onun nəşi Panteondan çıxarılmış və yaxınları tərəfindən Sen-Farjoda yerləşən ailə mülkündə yenidən torpağa tapşırılmışdır.
İstinadlar
Kateqoriya:Fransa siyasətçiləri Kateqoriya:Fransız masonlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri