Sürgündəki Polşa hökuməti ()— Polşa Respublikas hökuməti, 17–18 sentyabr 1939-cu il gecəsi ölkənin rəhbərliyinin Polşaya Sovet qoşunlarının yürüşü və Alman işğalı zamanı Polşadan qaçmasından sonra fəaliyyətə başlamış hökumətdir.

Polşa Respublikası Sürgündə Hökuməti müharibə dövründə Polşa Gizli Dövlətini, Qərbdə yaradılan Polşa silahlı qüvvələrini və ölkə daxilindəki Polşa yeraltı müqavimətini (Daxili Ordu (Krayova Ordusu) və Silahlı Mübarizə Birliyi) idarə edirdi.

Hökumətin yerləşdiyi şəhərlər ardıcıl olaraq Paris, Anje və London olmuşdur. Buna görə o, adətən London hökuməti də adlandırılır.Rząd Rzeczypospolitej Polskiej na uchodźstwie (londyński) | Wirtualny Sztetl

Formal olaraq az sayda dövlət tərəfindən tanınsa da və Polşada real hakimiyyətə malik olmasa da, Polşa Respublikası Sürgündə Hökuməti İkinci Dünya müharibəsindən sonra da mövcudluğunu kommunist rejimin son illərinə qədər davam etdirmişdir.

Hökumət fəaliyyətini yalnız Lex Valensanin seçilməsi və andiçmə mərasimi ilə, prezident Rişard Kaçorovskinin prezidentlik rəmzlərini ona təhvil verməsindən sonra başa çatdırmışdır.

Tarixi Fransız mərhələsi (sentyabr 1939 — iyun 1940) 1939-cu il 1 sentyabrda almanların Polşayə hücumu nəticəsində “sanasiya” hakimiyyəti respublika rəhbərliyi əsir düşməmək və məcburi kapitulyasiya olmamaq üçün ölkədən çıxmağa məcbur oldu.

3 sentyabrda Böyük Britaniya və Fransa Almaniyanın Polşaya hücumuna cavab olaraq, qarşılıqlı yardım haqqında Fransa–Polşa və Britaniya–Polşa müqavilələrinə əsasən Almaniyaya müharibə elan etdilər. Lakin Fransa və Britaniya orduları genişmiqyaslı hərbi əməliyyatlara başlamadı (“Qəribə müharibə”).

17–18 sentyabr gecəsi Prezident və Ali Baş Komandan Kuty ərazisində Polşa–Rumıniya sərhədini keçərək Rumıniyaya daxil oldular və V Haaqa Konvensiyasına« Гаагская конвенция 1907 года. О правах и обязанностях нейтральных держав и лиц в случае сухопутной войны». və 1921-ci il Polşa–Rumıniya ittifaq müqaviləsinə əsasən oradan Fransaya keçmək niyyətində idilər.

18 sentyabr 1939-cu ildən sonra fəaliyyət göstərən Polşa hökuməti Polşa Respublikası Sürgündə Hökuməti Rumıniya ərazisinə keçdikdə məlum oldu ki, Rumıniya və Fransa Polşa “sanasiya” rəhbərliyinin (“polkovniklər qrupu”) Fransaya çıxmasına icazə vermir.

Almaniya, Fransa və Sovet İttifaqınin təzyiqi altında olan Rumıniya hakimiyyəti Polşa rəhbərliyindən dövlət suverenliyindən imtina etməyi tələb etdi. Prezident, Baş nazir və Ali Baş Komandan bu tələbi rədd etdikdən sonra Rumıniya onları sentyabrın əvvəlində hazırlanmış internasiya mərkəzlərinə yerləşdirdi. Bu vəziyyət “sanasiya” rəhbərliyi tərəfindən nəzərdə tutulmamışdı.

Yaranmış vəziyyətdə Polşa Respublikası Sürgündə Hökumətinin rəhbərliyini Fransaya keçmiş Polşa siyasətçiləri arasından formalaşdırmaq zəruri idi.

25 sentyabrda İqnatsı Moşçitski “Aprel Konstitusiyası”nın 13-cü maddəsinə uyğun olaraq öz varisi kimi İtaliyadakı Polşa səfiri Boleslav Venyava-Dluqosovskini təyin etdi, lakin onun namizədliyi Fransa tərəfindən rədd edildi.

Müxalifətin etirazları və Fransız hakimiyyətinin vetosu nəticəsində Venyava-Dluqosovski təyin olunduğu vəzifədən imtina etməyə məcbur oldu. Bundan sonra prezident vəzifəsi həmin vaxt Parisdə olan Vladislav Raçkeviçə təklif edildi və o, dərhal Polşa səfirliyində and içdi.

Məlum oldu ki, fransız tərəfi Fransada Polşa hökumətinin fəaliyyətini onun tərkibindən asılı şəkildə qəbul edir. Daha sonra Parisdə Fransanın himayəsi altında yeni rəhbərlik formalaşdırıldı və bu qurum "Sürgündəki Polşa Hökuməti" adını aldı.

Hakimiyyət dəyişikliyi fransız diplomatlarının nəzarəti altında aparıldıhttps://wiadomosci.wp.pl/wladyslaw-sikorski-i-wymiana-polskiej-elity-rzadzacej-przez-francje-we-wrzesniu-1939-r-6126040537438337a . və onların seçimi “sanasiya” hökumətinə müxalif olan, Fransız xüsusi xidmət orqanları ilə əlaqəsi olduğu deyilən keçmiş baş nazir general Vladislav Sikorski üzərində dayandı.

Geniş müzakirələrdən sonra Vladislav Raçkeviç general Vladislav Sikorskini baş nazir təyin etdi və o, koalisiya hökuməti formalaşdırdı. Kabinetə müxtəlif siyasi qüvvələrin — Milli Partiya (), Əmək Partiyası (), Xalq Partiyası (), Polşa Sosialist Partiyası () və sanasiya yönümlü siyasətçilərin nümayəndələri daxil oldu: Vladislav Sikorski — baş nazir, hərbi işlər naziri, daxili işlər naziri, Polşa Silahlı Qüvvələrinin rəhbəri;

Avqust Zaleski — xarici işlər naziri; Stanislav Stronski — informasiya naziri; Adam Kots — maliyyə naziri. Qısa müddət sonra ilkin tərkib aşağıdakı şəxslərlə genişləndirildi: Yuzef Haller — portfelsiz nazir; Aleksandr Lados — portfelsiz nazir; Yan Stançik — sosial təminat naziri; Marian Seyda — ədliyyə naziri; Henrix Strasburger — maliyyə naziri vəzifəsində Adam Kotsı əvəz etdi.

İstinadlar

Kateqoriya:Sürgündəki hökumətlər