GitLab — GitLab Inc. tərəfindən əsasən inkişaf etdirilən proqram təminatı inkişaf platformasıdır. O, həm azad proqram təminatı olan "Community" (İcma) versiyası, həm də özəl proqram təminatı olan "Enterprise" (Müəssisə) versiyası şəklində mövcuddur.

Tarixi GitLab 2011-ci ildə ukraynalı proqramçı Dmitri Zaporojets tərəfindən yaradılmışdır. O, əvvəlcə Ruby on Rails freymvorkunda yazılmış yan layihə idi. Şirkət əvvəllər GitLab B.V. adı ilə tanınırdı. 2015-ci ilin iyul ayında adı GitLab Inc. olaraq dəyişdirildi. 2021-ci ildə isə GTLB ticker simvolu ilə Nasdaq Global Select Market-də açıq səhmdar cəmiyyətə çevrildi.

2024-cü ildə həmtəsisçi və baş icraçı direktor Sid Sijbrandij səhhəti ilə bağlı vəzifəsindən ayrıldı. Onun yerinə baş icraçı direktor vəzifəsinə Bil Steypls təyin olundu, Sijbrandij isə direktorlar şurasının sədri olaraq qaldı.

Komponentləri GitLab əsasən Unix soketləri vasitəsilə bir-biri ilə əlaqələndirilmiş bir neçə komponentdən ibarətdir: GitLab shell GitLab workhorse Nginx Gitaly Redis Sidekiq PostgreSQL Gitlab Puma

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2011-ci ildə yaranan saytlar Kateqoriya:2014-cü ildə yaranan saytlar Kateqoriya:Çarpaz platformalı azad proqram təminatı Kateqoriya:Əməkdaşlıq layihələri Kateqoriya:Davamlı inteqrasiya