Lüdovik Fransua de Burbon-Konti (; ) — Fransa şahzadəsi və hərbi xadimi.

Həyatı 13 avqust 1717-ci ildə Parisdə anadan olmuşdur. O, 4-cü Konti şahzadəsi II Lüdovik Arman de Burbonun (hakimiyyəti: 1709–1727-ci illər) və 6-cı Konde şahzadəsi Lüdovikin qızı Luiza Yelizaveta de Burbonun (1696–1775-ci illər) ikinci oğludur.

23 aprel 1721-ci ildə dörd yaşlı Lui Fransua Parisdəki Tüilri sarayında vəftiz olunmuşdur. Onun xaç valideynləri Fransa kralı XV Lüdovik və Orlean hersoqu Filippin dul xanımı Yelizaveta Şarlotta (Orlean hersoginyası)|Yelizaveta Şarlotta olmuşdur.

1727-ci ilin may ayında atasının vəfatından sonra doqquz yaşlı Lüdovik Fransua Konti şahzadəsi tituluna varis olaraq bu titulu daşıyan beşinci şəxs olmuşdur.

Böyük Lüdovik Liseyində təhsil almışdır.

İstinadlar

Kateqoriya:Fransa kəşfiyyatçıları Kateqoriya:Malta cəngavərləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri