thumb|280px|Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin paytaxt Kiyevdə yerləşən qərargah binası
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi () və ya qısaca HUR MOU (ГУР МОУ) — Ukraynanın hərbi kəşfiyyat xidmətidir. Bu təşkilat Ukrayna Müdafiə Nazirliyinin struktur bölməsidir, lakin Ukrayna Silahlı Qüvvələrinin deyil, birbaşa Baş Qərargahın tabeliyində fəaliyyət göstərir. Xidmət faktiki olaraq Sovet Silahlı Qüvvələrinin Kiyev, Odessa və Karpat hərbi dairələrinin mövcud kəşfiyyat aktivlərinin və infrastrukturunun bazasında yaradılmışdır. Təşkilatın rəsmi şüarı "Dövlətçilik, peşəkarlıq, dürüstlük"dür ().
Hüquqi bazası Ukrayna hərbi kəşfiyyatının fəaliyyətinin hüquqi əsasını aşağıdakı normativ-hüquqi aktlar təşkil edir: Ukrayna Konstitusiyası; Ukrayna Ali Radasının Daxili Nizamnaməsi və Ukraynanın Milli Təhlükəsizlik Konsepti (dövlət siyasətinin əsasları); "Müdafiə haqqında" Ukrayna Qanunu; "Ukrayna Silahlı Qüvvələri haqqında" Ukrayna Qanunu; "Kəşfiyyat orqanları haqqında" Ukrayna Qanunu (və bu qanun əsasında Ukraynanın digər qanunvericilik aktlarına edilən dəyişikliklər); Ukrayna Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Ukrayna Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı haqqında Əsasnamə".
Fəaliyyət sahələri və vəzifələri "Kəşfiyyat haqqında" Ukrayna Qanununa əsasən, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi hərbi, siyasi, texniki, iqtisadi, radiorele (siqnal), informasiya və ekoloji sahələrdə fəaliyyət göstərir.
Təşkilatın əsas vəzifələrinə aşağıdakılar daxildir: Əldə edilmiş kəşfiyyat məlumatlarının təhlil edilməsi və Ukraynanın ali mülki-hərbi rəhbərliyinə çatdırılması; İqtisadi, siyasi, hərbi, hərbi-texniki, ekoloji və informasiya sahələrində milli maraqların müdafiəsi, dövlət müdafiəsinin gücləndirilməsi, iqtisadi inkişafın, elm və texnologiyanın təşviqi, həmçinin dövlət sərhədlərinin müdafiəsi istiqamətində Ukrayna dövlət siyasətinə dəstək məqsədilə xüsusi tapşırıqların icrası; Terrorizmə, beynəlxalq mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin, silahların və hərbi texnologiyaların qanunsuz dövriyyəsinə, eləcə də qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyatlarda iştirak etmək; Xaricdə fəaliyyət göstərən dövlət obyektlərinin təhlükəsizliyini təmin etmək, Ukrayna vətəndaşlarının həyat və sağlamlığına qarşı yönələn, habelə milli təhlükəsizliyə təsir göstərə biləcək xarici təhdidlərlə mübarizə aparmaq.
Teşkilati strukturu HUR-un aparat rəhbərliyi ilə yanaşı, onun müxtəlif funksiyalarını yerinə yetirən beş əsas idarəsi və müvafiq şöbələri fəaliyyət göstərir.
Baş idarələr: Strateji Kəşfiyyat Baş İdarəsi Silahlı Qüvvələrin Baş Qərargahının Kəşfiyyat Dəstəyi Baş İdarəsi İnformasiya Təminatı Baş İdarəsi Kadr Siyasəti Baş İdarəsi Logistika Baş İdarəsi
Şöbələr: Daxili Təhlükəsizlik Şöbəsi Planlaşdırma Şöbəsi Avtomatlaşdırma və Rabitə Şöbəsi İqtisadiyyat və Maliyyə İşləri Şöbəsi İnformasiya və Dövlət Sirrinin Mühafizəsi Şöbəsi
Tarixi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsi 1992-ci ilin fevral ayından etibarən formalaşmağa başlamışdır. 7 sentyabr 1992-ci ildə Ukrayna Prezidentinin fərmanına əsasən Ukrayna Müdafiə Nazirliyinin Strateji Hərbi Kəşfiyyat İdarəsinin yaradılması qərara alınmışdır. Buna görə hər il 7 sentyabr günü Ukraynada "Hərbi Kəşfiyyat Günü" kimi qeyd olunur.
6 iyul 1993-cü ildə Ukrayna Prezidentinin növbəti fərmanı ilə Müdafiə Nazirliyinin Strateji Hərbi Kəşfiyyat İdarəsi ilə Silahlı Qüvvələrin Baş Qərargahının Kəşfiyyat İdarəsi vahid strukturda birləşdirilmiş və Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsi yaradılmışdır. 14 aprel 1994-cü ildə bu təşkilatın adı dəyişdirilərək Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi (HUR) adlandırılmışdır.
Rəhbərləri General-leytenant Oleksandr Skipalski (16 oktyabr 1992 — 9 iyun 1997) 1945-ci ildə Volın vilayətində anadan olub. 1975-ci ildə DTK-nın (KGB) Ali Məktəbini bitirib. General-polkovnik İhor Smeşko (9 iyun 1997 — 29 sentyabr 2000) 1955-ci ildə Çerkası vilayətində anadan olub. 2000-ci ildə Milli Müdafiə Akademiyasının doktoranturasından məzun olub. General-polkovnik Viktor Paliy (29 sentyabr 2000 — 13 mart 2003) 1949-cu ildə Dnepropetrovsk vilayətində anadan olub. 1988-ci ildə SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. Polkovnik Oleksandr Qalaka (istefada) (13 mart 2003 — 17 yanvar 2008) 1955-ci ildə Xarkovda anadan olub. 1987-ci ildə Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Hərbi Akademiyasını, 2000-ci ildə isə Kiyev Universitetini bitirib. General-leytenant Viktor Hvozd (17 yanvar 2008 — 17 avqust 2010) 1959-cu ildə Ternopil vilayətində anadan olub. Frunze adına Hərbi Məktəbi (Kiyev, 1981), Lvov Universitetini (1997), Kiyev Universitetinin Hüquq və İqtisadiyyat Magistraturasını (2005) və Hərbi Diplomatik Akademiyanı (2009) bitirib. General-mayor Serhiy Hmıza (17 avqust 2010 — 26 fevral 2014) 1960-cı ildə Odessa vilayətində anadan olub. 1981-ci ildə Hərbi Məktəbi, 1991-ci ildə Hərbi Diplomatik Akademiyanı, 2008-ci ildə isə Ukrayna Dövlət Universitetini bitirib. General-mayor Yuriy Pavlov (3 mart 2014 — 15 oktyabr 2015) General-leytenant Valeri Kondratyuk (15 oktyabr 2015 — 15 oktyabr 2016) 1970-ci ildə Kirovoqrad vilayətində anadan olub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Akademiyasını (1996) və ABŞ Ordu Komandanlığı və Baş Qərargah Kollecini bitirib. General-polkovnik Vasili Burba (15 oktyabr 2016 — 5 avqust 2020) 1978-ci ildə Rivne şəhərində anadan olub. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bitirib. "Vaqnerqeyt" (Wagnergate) hadisələri zamanı idarəyə rəhbərlik edib. General-leytenant Kirill Budanov (5 avqust 2020 — hal-hazırda) 1986-cı ildə Kiyevdə anadan olub. Odessa Quru Qoşunları İnstitutunu (2007) bitirib. 2022-ci ildə başlayan genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi dövründə xidmətin fəaliyyətinə və həyata keçirilən strateji xüsusi əməliyyatlara rəhbərlik edir.
İstinadlar
Xarici keçidlər
Defence Intelligence of Ukraine, gov.ua
Kateqoriya:1992-ci ildə Ukraynada yarananlar Kateqoriya:1992-ci ildə yaradılmış dövlət orqanları Kateqoriya:Ukrayna Müdafiə Nazirliyi Kateqoriya:Hərbi kəşfiyyat təşkilatları Kateqoriya:Ukraynanın xüsusi xidmət orqanları