Mehen — Antik Misir mifologiyasında ilan formalı tanrı. Mehenə aid ən qədim yazılara Tabut mətnlərində rast gəlinir.The Complete Gods and Goddesses of Ancient Egypt by R. Wilkinson. Mehen günəş tanrısı Ranın səyahəti boyunca Ranı qoruyan ilan tanrı kimi təsvir olunur.The Ancient Egyptian Books of the Afterlife by Erik Hornung. Mehen Ra üçün təhlükəli ola biləcək təhdid və ya xaosa qarşı qoruyucu, bir növ qalxan olmaqla yanaşı, həm də Ranın gecə saatlarında yeraltı dünyanın qapılarından təhlükəsiz keçməsini təmin edirdi.Mehen in Ancient Egyptian Mythology. İstifadə tarixi: 1 iyul 2026. Bu mənada Mehen həm də kosmik nizamın qoruyucusu kimi qəbul oluna bilər.

Bəzi mətnlərdə isə Mehen Osirisin cəsədinin keşikçisi kimi qeyd olunur.Mehen. İstifadə tarixi: 1 iyul 2026.

Mehen oyunu Qazıntılar zamanı Mehen ilə eyni adı daşıyan, qıvrılmış ilan formalı daş oyun dəsti tapılıb. Ancaq oyunun dəqiq oynama qaydaları məlum deyil.

Həmçinin bax Anat

İstinadlar

Kateqoriya:Misir tanrıları Kateqoriya:Qədim Misir mifologiyasındakı mifik varlıqlar Kateqoriya:Tanrılar