Bense Varkonyi (; ) — Macarıstanlı peşəkar futbolçu.
Hazırda Azərbaycan Premyer Liqasında mübarizə aparan Qarabağ klubunda mərkəz müdafiəçisi mövqeyində çıxış edir.
Karyerası
İlk illər Bense Varkonyi Budapeştdə anadan olub və gənclik illərində "Dalnoki Akademiya"sında futbola başlayıb. 2013-cü ildə o, MTK Budapeşt klubunun akademiyasına keçmiş və orada inkişaf etmişdir.
Onun peşəkar karyerası "MTK Budapeşt" komandası ilə başlayıb. Daha sonra təcrübə toplamaq məqsədilə 2023-cü ildə "Kozarmislen" və "Zalaeqerseq" klublarında icarə əsasında çıxış edib.
Zalaeqerseq O, 2024-cü ildə "Zalaeqerseq" komandası ilə tam müqavilə imzalayıb və komandanın əsas heyət oyunçularından birinə çevrilib.
Qarabağ 3 iyul 2026-cı ildə Bense Varkonyi Azərbaycanın ən böyük və ən uğurlu klubu olan "Qarabağ" klubu ilə 3 illik müqavilə imzalayaraq komandaya transfer olunmuşdur. Futbolçu "Köhlən atlar"ın heyətində 4 nömrəli forma ilə çıxış edəcək.
Futbolçunun "Qarabağ"ın heyətində rəsmi oyunlarda debüt oyunu UEFA Avropa Liqasının 2026/27 mövsümünün ilk təsnifat mərhələsində, İslandiyanın "Vestri" klubuna qarşı oyunda baş tutmuşdur.
Xarici keçidlər MLSZ məlumat bankında profili FotMob profili WorldFootball profili PlaymakerStats profili İstinadlar
Kateqoriya:2002-ci ildə doğulanlar Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Macarıstanın kişi futbolçuları Kateqoriya:MTK Budapeşt FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Legioner Macarıstan futbolçuları