Osman Xocaoğlu və ya Osman Xoca həmçinin Usmanxoca Pulatxocayev, Osman Xocayev (; ) — Özbək ziyalısı, maarifçisi, naşiri, tarixçisi və tədqiqatçısı, Mərkəzi Asiya Cədidçiliyinin liderlərindən biri.
O, Buxara Xalq Sovet Respublikasının (BSSR) qurucularından biri olub. 1920-ci ilin oktyabrından 1921-ci ilin dekabrına qədər BSSR-də yüksək vəzifələr tutub. Bundan əvvəl o, Buxaradakı antimonarxist inqilabın əsas iştirakçısı və Gənc buxaralılar siyasi hərəkatının və partiyasının lideri idi. Daha sonra o, Buxara inqilabçılarının sıralarını tərk edərək əvvəlcə Əfqanıstan Əmirliyinə, sonra isə Türkiyəyə mühacirət edib. O, "Orta Asiyanın Sovet işğalı"nın tənqidçisi və əleyhdarı idi, Türküstan və Orta Asiyanın tarixi və mədəniyyəti haqqında kitablar və məqalələr yazıb nəşr etdirirdi. Həyatı Osmanxoca Poladxocayev 1878-ci ildə Buxara əmirliyinin paytaxtı Buxarada varlı tacir ailəsində anadan olub. O, Orta Asiyada tanınmış və kökü bu bölgədəki ərəb islam vaizlərinə gedib çıxan Xoca nəslindən idi. İbtidai təhsilini Buxara mədrəsələrindən birində alıb. Doğma özbək dili ilə yanaşı, fars və ərəb dillərini də mükəmməl bilirdi. Xocaoğlu 1908-1912-ci illərdə Osmanlı imperiyasının paytaxtı İstanbulda təhsil alıb. İstanbulda qaldığı müddətdə türk dilini mükəmməl dərəcədə öyrənib. Krımda olub, İsmayıl Qaspıralı ilə ünsiyyət qurub. İstanbulda "Buxara Təmimi-Maarif" cəmiyyətini təsis edib və Türkistanın istedadlı tələbələrini təhsil almaq üçün İstanbula cəlb etməklə məşğul olmağa başlayıb. 1913-cü ildə, İstanbuldakı beşillik təhsildən sonra Buxaraya qayıdıb.
Buxaraya qayıtdıqdan dərhal sonra Orta Asiya cədidçilərinə rəğbət bəsləməyə başlayıb və gizli fəaliyyət göstərən "Tərbiyeyi-atfal" (Fars dilində "Uşaqların tərbiyəsi") cədidçi təşkilatının üzvü olub. İlk cədidçilərdən biri kimi uşaqlara yalnız dünyəvi elmlərin öyrədildiyi yeni üsullu məktəb açıb. Dünyəvi dövlətin tərəfdarı olub. Tezliklə Buxara cədidçilərinin liderlərindən birinə çevrilib. Buxara əmirliyi, Xivə xanlığı, eləcə də Rusiya imperiyasının Türkistan diyarındakı digər cədidçi liderlərlə aktiv əməkdaşlıq edib. Osmanlı imperiyası, Qacar dövləti və Əfqanıstan Əmirliyindən olan maarifpərvər insanlarla məktublaşıb və ünsiyyətdə olub. Cədidçilərin bir sıra qəzet, jurnal və traktatları üçün məqalələr yazıb.
Siyasi fəaliyyəti İlk dövrlər 300px|thumb|right|İstanbulda siyasi mühacirlər, 1926. Oturanlar (soldan): Mustafa Çokay, Osman Xocaoğlu, Zəki Vəlidi Toğan. Ayaqda (soldan): Əbdülqadir İnan, Mustafa Şahkuli Bir müddət sonra, əksər cədidçilərlə yanaşı, milli-demokratik ictimai-siyasi hərəkat olan gənc buxaralılar hərəkatının üzvü oldu. Tezliklə Osman Xoca hərəkatın xəzinədarı təyin edildi, hərəkatın mərkəzi komitəsinin heyətinə daxil oldu və bu hərəkatın əsas üzvlərindən birinə çevrildi. Bir müddət sonra gənc buxaralılar Türkistan bolşevikləri ilə ittifaq bağlayırlar və bu ittifaq gənc buxaralıların bir sıra üzvləri tərəfindən birmənalı qarşılanmır. Onların bir hissəsi bolşeviklərlə ittifaqın əleyhinə çıxış edirdi. Onlardan biri də Osman Xoca idi. Gənc buxaralılar bolşeviklərlə ittifaqı yalnız Buxara əmirliyində monarxiyanı devirmək naminə bağlamışdılar. Həmin vaxt əmirliyin başında Əmir Seyid Alim xan dururdu. 1918-ci ilin martında gənc buxaralıların və bolşeviklərin Buxara əmirliyində monarxiyanı devirmək üçün etdikləri birgə cəhd uğursuzluqla başa çatdı. O vaxt Rusiyada genişmiqyaslı vətəndaş müharibəsi tüğyan edirdi. Osman Xocaoğlu 1918-ci ilin fevralında bolşeviklər tərəfindən darmadağın edilən Türkistan muxtariyyətinə dəstək göstərirdi. Sonrakı siyasi karyerası Buxarada inqilab və dövlət çevrilişi cəhdinin uğursuzluğa düçar olmasından sonra, Osman Xoca faktiki olaraq əmirlikdəki gənc buxaralıların sıralarını tərk edərək Daşkəndə köçdü. Orada sol eserlərlə ünsiyyət qurmağa başladı və 1918-ci ilin aprelində gənc buxaralıların sol eser qanadını təşkil etdi. 1918-ci ilin sentyabrında həmin ilin aprel ayında yaradılmış Buxara Kommunist Partiyasının işində iştirak etdi. 1920-ci ilin fevralında Osman Xoca Gəncbuxaralılar İnqilabçılar Partiyasının Mərkəzi Türkistan Bürosunun üzvü oldu. Həmin vaxt Buxara inqilabının son mərhələsi gedirdi və 1920-ci ilın sentyabrında əmirlikdə monarxiyanın devrilməsi ilə nəticələnən, tarixdə "Buxara əməliyyatı" kimi tanınan hərbi hərəkat başa çatdı. Əmir Seyid Alim xan və onun yaxın ətrafının bir hissəsi Əfqanıstan əmirliyinə qaçdı. Buxarada isə monarxiya tamamilə ləğv edildi.
1920-ci il oktyabrın 8-də keçmiş əmirliyin ərazisində Buxara Xalq Sovet Respublikası (BXSR) yaradıldı. Osman Xoca BXSR-in qurucu atalarından biri idi. O, BXSR-in maliyyə xalq naziri (naziri) təyin edildi. 1921-ci ilin yanvarında o, BXSR-in dövlət nəzarəti naziri (naziri) vəzifəsinə gətirildi. 1921-ci ilin avqustunda, BXSR Sovetlərinin II qurultayında Osman Xocayev BXSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin sədri seçildi. O, həmçinin Buxara Qırmızı Ordusunun (BQO) təşəbbüskarlarından və yaradıcılarından biri idi.
Osman Xoca BXSR-in və onun rəhbərlərinin müstəqilliyini, Buxara Qırmızı Ordusunun muxtariyyətini, eləcə də gənc respublikanın müstəqil daxili və xarici siyasət yürütməsini müdafiə edirdi. Qırmızı Ordunun respublika ərazisindən çıxarılması tərəfdarı kimi çıxış edir və bu istiqamətdə tədbirlər görürdü. Lakin bu addımlarına görə həm BXSR rəhbərliyi, həm də BXSR-in faktiki hamisi rolunda çıxış edən RSFSR (Rusiya Sovet Federativ Sosialist Respublikası) rəhbərliyi arasında özünə bir neçə rəqib və düşmən qazandı.
Mərkəzi Asiyanın azadlığı uğrunda mübarizə
Gənc respublikada baş verən hadisələr onu narahat edirdi. Çünki Buxara Xalq Sovet Respublikası tədricən RSFSR-in satellitinə çevrilir və bolşeviklərlə getdikcə daha çox yaxınlaşırdı. Buxara Kommunist Partiyası isə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının bir bölməsinə çevrilməkdə idi. 1921-ci ilin dekabrında Osman Xoca dövlət işləri ilə əlaqədar BNSR-in Şərqi Buxara kimi tanınan şərq hissəsinə (hazırki Tacikistan ərazisi) göndərildi.
Buxara Respublikası Mərkəzi İcraiyyə Komitəsinin (MİK) ilk sədri (faktiki olaraq respublika başçısı) olan Osman Xoca fürsətdən istifadə edərək Basmaçı hərəkatıının tərəfinə keçdi. Çünki BNSR-in şərq hissəsi ("Şərqi Buxara") Buxara Qırmızı Ordusu tərəfindən tam nəzarət olunmurdu və basmaçı hərəkatı liderlərinin demək olar ki, hamısı müvəqqəti olaraq məhz orada cəmləşdiyindən, onların mövqeyi bu bölgədə ənənəvi olaraq güclü idi. Məhz həmin vaxt tanınmış türk siyasətçisi və hərbçisi Ənvər Paşa da öz yaxın tərəfdarları ilə birlikdə basmaçıların tərəfinə keçmişdi. Osmanlı imperiyasından basmaçı hərəkatına yardımlar gəlirdi.
Osman Xocanın rəqiblərin tərəfinə keçməsi BNSR rəhbərliyi tərəfindən olduqca mənfi qarşılandı. 1922-ci ilin yanvarında Düşənbədəki qırmızıordu qarnizonuna qarşı uğursuz qiyam cəhdindən sonra o, Kabilə qaçdı. Bununla belə, Osman Xoca özünü BNSR-in legitim başçısı hesab edirdi və 1922-ci il aprelin 29-da bolşevik Rusiyasına qarşı birgə mübarizə haqqında BNSR ilə Əfqanıstan Əmirliyi arasında müqavilə imzalamaq üçün Əfqanıstan Əmirliyinin paytaxtı Kabilə səfər etdi.Marmara University thesis of Murat Yavan
O, Əfqanıstanda Buxara Respublikasının ordusu və bolşevik əleyhdarları üçün müxtəlif ölkələrdən silah almağa çalışır, xüsusilə də Britaniya imperiyasının nümayəndələri ilə əlaqə saxlayırdı. Bir müddət sonra o, birdəfəlik Əfqanıstana mühacirət etdi və keçmiş Buxara əmirliyi, BNSR, eləcə də Orta Asiyanın digər bölgələrindən olan mühacir və qaçqınların liderlərindən birinə çevrildi.
Mühacirətdə Osman Xocaoğlu Əfqanıstanda çox qala bilmədi. Bir müddət sonra o, Türkiyəyə köçdü. Zəki Vəlidi Toğan və Mustafa Çokay ilə yanaşı, Osman Xoca da Türkiyə və Avropadakı Türkistan mühacirətinin rəhbərlərindən biri oldu. Türkiyədə Türkistanın və bütövlükdə Orta Asiyanın tarixi və mədəniyyətinin tədqiqi ilə məşğul olmağa başladı. Türkistan və Orta Asiya tarixi ilə mədəniyyətinə dair bir sıra məqalələr, məruzələr, monoqrafiyalar və kitablar yazdı. Onun ən tanınmış əsərlərindən biri 1936-cı ildə qələmə aldığı "Türkistan" kitabıdır. Türkiyədə bu ölkənin Orta Asiya və ya Türkistan icmasının liderlərindən biri, bu regionun tədqiqatçısı, həmçinin "Orta Asiyanın sovet işğalı"nın əleyhdarlarından və tənqidçilərindən biri kimi tanındı. Osman Xoca Ankaradakı Türk Kültürünü Araşdırma İnstitutunun () həmtəsisçilərindən biri olmuş, Türkiyənin və Qərbi Avropa ölkələrinin elmi dairələri ilə sıx əlaqə saxlamışdır. Özbək, fars, ərəb, türk və rus dillərini mükəmməl bilirdi.
Osman Xocaoğlu 1968-ci il iyulun 28-də İstanbulda, 90 yaşında vəfat edib. İstanbulun Üsküdar rayonunda yerləşən "Özbəklər təkyəsi" () məqbərəsində dəfn olunub. Türkiyədə onun övladları, çoxsaylı nəvə və nəticələri qalıb.
İstinadlar
Ədəbiyyat
Reform mavements and revolutions in Turkistan (1900—1924). Studies in Honour of Osman Khoja, ISBN 90-804409-5-7 / Edited by Timur Kocaoglu. Published and distributed by SOTA, Haarlem 2001.
Xarici keçidlər
Kateqoriya:Özbəkistan siyasətçiləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları