Beşmərtəbə şəlaləsi — Azərbaycan Respublikasının Şəki rayonu ərazisində yerləşən şəlalə.
Haqqında Şəlalə yerli əhali arasında "Beşmərtəbə" adı ilə tanınır. Monitorinq çərçivəsində aparılan ölçmələrə əsasən, şəlalənin hündürlüyü 31 metr, eni 1,25 metr, dəniz səviyyəsindən hündürlüyü isə 2125 metr təşkil edir.
Tədqiqat Beşmərtəbə şəlaləsi Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri c.ü.f.d Qafqaz Ağabalayevin verdiyi məlumata görə şöbənin əməkdaşı Elvin Qarayevin apardığı monitorinq işləri nəticəsində dəqiq parametrlərlə qeydə alınıb.Tədqiqatlar zamanı ərazidə hidroloji ölçmələr aparılmış, laborator analizlər üçün su nümunələri götürülmüşdür. Həmçinin güclü leysan yağışlarından sonra çay yatağında baş verən eroziya prosesləri, sel hadisələrinin təsiri və çayın sağ sahilində müşahidə olunan yan eroziya öyrənilmişdir. Monitorinqlər Haney dərəsində və ətraf yaylaq ərazilərində də həyata keçirilmişdir. Şəlalənin turizm infrastrukturu yoxdur.
Həmçinin bax Xudgər şəlaləsi Qoçyataq şəlaləsi Xalıt şəlaləsi Mucuq şəlaləsi
İstinadlar
Kateqoriya:Azərbaycan şəlalələri Kateqoriya:Azərbaycanın su obyektləri Kateqoriya:Şəkinin görməli yerləri