Abadi simptomu və ya Abadi əlaməti — tibdə bir sıra xəstəliklərlə əlaqəli simptomlar.

Abadi simptomu (tabes dorsalis) — tabes dorsalis zamanı müşahidə olunan əlamət. Axill vətərinə təzyiq etdikdə ağrı hissiyyatı olmur. Abadi simptomu (Qreyvs xəstəliyi) — Qreyvs-Bazedov xəstəliyi zamanı müşahidə olunan əlamət. Yuxarı göz qapağını qaldıran əzələnin spazmı və göz qapağının geri çəkilməsi nəticəsində ekzoftalm və gözlərin şişkinləşməsi.