I Vilhelm (; ) — I Niderland kralı və Böyük Lüksemburq hersoqu.

Həyatı 1772-ci ildə Haaqada Xeys-ten-Bos malikanəsində dünyaya gəldi. Atası Yeddi Birləşmiş Əyalət Respublikasının son hakimi Oran şahzadəsi V Vilhelm, anası isə Prussiya kralı I Fridrix Vilhelmin nəvəsi Şahzadə Vilhelminadır. Kiçik qardaşı Frederiklə birlikdə Braunşveyqdə hərbi məktbədə təlim-tərbiyə edildi. Ardından qısa müddət Leyden Universitetində təhsil aldı. 1790-cı ildə atasının kapitan-general olduğu Hollandiya ordusunda piyada birliklərin generalı təyin edildi.

Flandriya işğalı illərində yerli birliklərə rəhbərlik etdi və fransız işğalına qarşı mübarizə apardı. 1795-ci ildə ailəsiylə birlikdə Londona sürgün olundu. Atasının əlindən alınan mülklərinin əvəzinə 1803-cü ildə Oran-Nasau-Fulda knyazı təyin edildi. Ancaq Napoleon Bonapartın alman knyazlıqlarını işğalı nəticəsində 1806-cı ildə bu ünvanı və mülkləri də əlindən alındı. Üstəlik, həmin il atasının vəfatıyla Oran şahzadəsi ünvanını miras alsa da, Müqəddəs Roma imperiyasının parçalanması səbəbilə bir neçə ay sonra bu ünvanı da əlindən alındı. Napoleon Bonapartın səltənəti dövründə Prussiyada sürgündə yaşadı. Nəhayət, Leypsiq döyüşündə (1813) Napoleon Bonapartın məğlub edilməsinin ardından Oran-Nassau mülklərini geri qazandı. Digər yandan yenicə qurulan Birləşmiş Niderland hakimliyinə təyin edilmə təklifini də qəbul etdi.

1815-ci ildə özünü Niderland kralı elan etdi. Digər yandan Prussiya kralı III Fridrix Vilhelmlə saziş bağlayaraq, Oran-Nassau mülklərini onlara təslim etdi. Qarşılığında isə Böyük Lüksemburq hersoqu ünvanı aldı. Suveren monarx kimi yeni konstitusiya imzaladı. Sənaye çevrilişinə təkan verdi. Gent, Löven və Lyej şəhərlərində universitetlər təsis etdi. Ancaq niderland dilinin icbariləşməsi və dini siyasət səbəbilə cənub əyalətlərində narazılıqlar artdı. 1830 Belçika inqilabının qarşısını ala bilmədi və 1839-cu ildə Belçikanın müstəqilliyini tanımağa məcbur oldu. Siyasi gücünün azalması və katolik məzhəbli xanımla evlənmək istəyi səbəbilə 1840-cı ildə taxtdan əl çəkdi. Taxt-tac böyük oğlu və adaşı II Vilhelmə keçdi. Son illərini Prussiyada keçirdi və 1843-cü ildə Berlində vəfat etdi.

Ailəsi İlk evliliyi 1 oktyabr 1791-ci ildə Berlində dayısı olan Prussiya kralı II Fridrix Vilhelmin qızı Vilhelmina ilə baş tutdu. Cütlüyün bu nigahdan 6 övladı doğulsa da, bunlardan üçü yetkinlik yaşına çatmadı.

II Vilhelm Vaxtından öncə doğulmuş oğlan uşağı (18 avqust 1795) Şahzadə Frederik (1797-1881) Şahzadə Paulina (1800-1806) Vaxtından öncə doğulmuş oğlan uşağı (30 avqust 1806) Şahzadə Marianna (1810-1883)

İkinci evliliyi 17 fevral 1841-ci ildə Berlində Nassau qrafinyası Henretta ilə baş tutdu. Bu evliliyindən övladı olmadı.

Mənbə

Ədəbiyyat

Caraway, David Todd (2003). ''Retreat from Liberalism: William I, Freedom of the Press, Political Asylum, and the Foreign Relations of the United Kingdom of the Netherlands, 1814–1818''. PhD dissertation, U. of Delaware. 341 pp. Abstract: ''Dissertation Abstracts International'' 2003, Vol. 64 Issue 3, p. 1030. Kossmann, E. H. (1978). ''The Low Countries 1780–1940''. ch. 3–4. Schama, Simon (1992). Patriots and Liberators. Revolution in the Netherlands 1780–1813. New York: Vintage Books. ISBN 0-679-72949-6 Per Nordenvall (1998). Kungliga Serafimerorden: 1748–1998 (in Swedish). Stockholm: Kungl. Maj:ts Orden. ISBN 91-630-6744-7

İstinadlar