Hipofizar apopleksiya ― () hipofiz vəzində qəfil inkişaf edən qanaxma və ya infarktdır. Ən çox mövcud hipofiz makroadenomasının daxilində baş verir. Xəstəlik qəfil başlayan şiddətli baş ağrısı, qusma, nevroloji kompressiya əlamətləri (görmə pozğunluqları, oftalmoplegiya, kəllə-beyin sinirlərinin iflici və şüur pozğunluqları) və hipofiz çatışmazlığı əlamətləri ilə təzahür edir. Nevroloji kompressiya əlamətləri olmayan xəstələrdə qlükokortikoidlərlə konservativ müalicə tətbiq olunur. Görmə pozğunluqları və ya digər ağır neyroloji əlamətlər olduqda isə cərrahi müalicə tövsiyə edilir.

İstinadlar

Xarici keçidlər