thumb|Mohandas Karamçand Qandi Hindistanın müstəqillik hərəkatı zamanı ölkənin görkəmli siyasi və ideoloji liderinə çevrilmişdir.
Hindistan istiqlaliyyət hərəkatı və ya Hindistan müstəqillik hərəkatı — Hindistan və Cənubi Asiyada Böyük Britaniya Krallığı ilə Britaniya Şərqi Hindistan Şirkətinin dominantlığına son qoymaq məqsədilə reallaşdırılan siyasi, sosial və hərbi kampaniyalar məcmusu. Hərəkat 1757-ci ildən 1947-ci ilə qədər, təxminən 190 il davam etmişdir. İlk mütəşəkkil müqavimət ocaqları Benqaliyada başlasa da, sonradan bütün yarımadanı əhatə etmişdir.
Tarixi icmal və mərhələləri Hərəkatın XIX əsrin axırlarındakı ilk liderləri əvvəlcə yerli əhaliyə yalnız fundamental insan hüquqlarının və iqtisadi azadlıqların verilməsi üçün petisiyalar və mülayim etiraz metodlarından istifadə edirdilər. 1885-ci ildə yaradılan Hindistan Milli Konqresi (INC) prosesin ümummilli müstəviyə keçməsində mühüm rol oynamışdır. XX əsrin əvvəllərində hərəkat Lal Bal Pal qrupu və Şri Aurobindo kimi şəxslərin təsiri ilə daha radikal və millətçi xarakter almışdır. Birinci Dünya müharibəsi illərində Hindistan İnqilabi Hərəkatı (məsələn, Qhadar sui-qəsdi və Hindu-Alman paktı cəhdləri) xarici dəstəklə silahlı üsyanlara əl atmışdır.
1920-ci illərdən etibarən müstəqillik mübarizəsinin son mərhələsində Konqres, Mahatma Qandinin rəhbərliyi altında dinc, daxili zorakılıqdan uzaq və sivil itaətsizlik (Satyaqraha) xəttini mənimsəmişdir. Eyni zamanda Məhəmməd Əli Cinnahın rəhbərlik etdiyi Ümummilli Hindistan Müsəlman Liqası müsəlman azlığın konstitusion hüquqları üçün kampaniyalar aparmışdır. Subhas Çandra Bos (Netaci) kimi fiqurlar isə radikal və hərbi yanaşmanı üstün tutaraq Hindistan Milli Ordusunu (INA) yaratmışdırlar. Digər tərəfdən, Svami Sahacanand Sarasvati kimi liderlər kəndli və fəhlə kütlələrinin siyasi-iqtisadi azadlıqları üçün mübarizə apararkən, Rabindranat Taqor kimi ziyalılar ədəbiyyat və poeziyanı siyasi şüurun inkişaf etdirilməsi vasitəsinə çevirmişdirlər.
Müstəqillik və geosiyasi nəticələri İkinci Dünya müharibəsinin sonunda Qandinin rəhbərlik etdiyi "Hindistanı tərk edin" () hərəkatı və INA-nın fəaliyyəti ingilislərin regiondan çəkilməsini sürətləndirmişdir. 15 avqust 1947-ci ildə Hindistan Müstəqillik Aktı elan edilmiş və Britaniya Hindistanı iki müstəqil dominiona — Hindistan və Pakistana bölünmüşdür. Hindistan 26 yanvar 1950-ci ildə öz konstitusiyasını qəbul edərək suveren respublika olmuşdur. Pakistan isə 1956-cı ildə respublika elan edilmişdir. 1971-ci ildə baş verən Hindistan–Pakistan müharibəsi və daxili siyasi böhranlar nəticəsində Şərqi Pakistan ayrılaraq müstəqil Banqladeş dövlətinə çevrilmişdir.
İdeologiyası və qlobal təsiri Hərəkatın təməl ideologiyası anti-müstəmləkəçilik (anti-kolonializm) üzərində formalaşsa da; dünyəvi (dünyəvilik), demokratik, respublikaçı, azadlıqsevər və müstəqil kapitalist iqtisadi inkişaf vizyonu ilə dəstəklənmişdir. Hindistan müstəqillik hərəkatı dünyada dekolonizasiya prosesini və Britaniya imperiyasının dağılmasını sürətləndirmişdir. Qandinin dinc müqavimət fəlsəfəsi ABŞ-dəki qaradərililərin vətəndaş hüquqları hərəkatına (Martin Lüter Kinq), Myanmardakı demokratik dalğaya və Cənubi Afrika Respublikasında aparteid rejiminə qarşı mübarizə aparan Afrika Milli Konqresinə dərindən təsir göstərmişdir.
Qalereya
Həmçinin bax Mahatma Qandi Məhəmməd Əli Cinnah Hindistan Milli Konqresi
İstinadlar
Biblioqrafiya
Ghosh, Durba. Gentlemanly Terrorists: Political Violence and the Colonial State in India, 1919-1947 (Cambridge University Press, 2017.)
Maclean, Kama. A Revolutionary History of Interwar India: Violence, Image, Voice and Text (Oxford University Press, 2015.)
Ədəbiyyat siyahısı
Primary sources
Prasad, Bimal ed. Towards Freedom, 1945: Documents on the Movement for Independence in India (2008) online
Xarici keçidlər
Kateqoriya:Britaniya imperiyası Kateqoriya:Cənubi Asiya tarixi Kateqoriya:Hindistan istiqlaliyyət hərəkatı Kateqoriya:Hindistanda siyasət Kateqoriya:Müstəmləkəçilikdən azad olma Kateqoriya:Sosial hərəkatların tarixi