Əbül-Abbas Şəhabəddin Əhməd ibn Əli əl-Qalqaşəndi (; ) — Məmlük tarixçisi, alim və dövlət dəftərxanasının katibi.

Həyatı 1355-ci ildə Qahirə yaxınlığındaki Qalqaşəndə kəndində anadan olmuşdur. Qeys qəbiləsinin Bədr ibn Fəzərə qoluna mənsubdur.

Kiçik yaşlarında İsgəndəriyyəyə gedərək, başda fiqh olmaqla dini və ədəbi elmləri öyrənmiş, həmçinin fəlsəfə təhsili almışdı. Müəllimi İbnül-Müləqqindən aldığı və "Subhul-əşa" adlı əsərində surətini təqdim etdiyi icazətnamədən məlum olur ki, o, Şafii fiqhi üzrə fətva vermək, eləcə də bəzi fiqh və hədis kitablarını tədris etmək səlahiyyəti vardır. Qalqaşəndi uzun müddət qazı vəzifəsində çalışmışdır.

O, bir tərəfdən dərslər verməklə məşğul olmuş, digər tərəfdən isə tarix, coğrafiya, hüquq, ədəbiyyat, katiblik (inşa sənəti), təbiət elmləri və ərəb qəbilələri haqqında araşdırmalar aparmışdır. Ərəb ədəbiyyatındakı yüksək biliyi və katiblik sənətindəki məharəti sayəsində qısa müddətdə məşhurlaşmışdır.

Qəlqaşəndi 1389-cu ildə Qahirəyə gəlmiş və rəhbəri Qazı Bədrəddin əl-Öməri (İbn Fəzlullah əl-Ömərinin qardaşı oğlu) olan Divanül-İnşada katibüd-dəst (yazı işləri katibi) vəzifəsində işləməyə başlamışdır. Uzun illər bu vəzifədə çalışan Qalqaşəndi 15 iyul 1418-ci ildə vəfat etmişdir.

Əsərləri Qalqaşəndinin qələmə aldığı əsərlərdən bəziləri:

Subhul-əşa. Nihayətül-ərəb fi mərifəti-ənsabil-Ərəb. Qəlaidül-cümən fit-tərif bi-qəbaili-Ərəbiz-zaman.

İstinadlar Kateqoriya:XIV əsr Misir şəxsləri Kateqoriya:Qətafan