Funşal — Portuqaliyanın Madeyra Muxtar Regionunun paytaxtı, ən böyük şəhəri və bələdiyyəsidir; sahili Atlantik okeanı ilə əhatələnmişdir. Şəhərin 105 795 nəfər əhalisi var ki, bu da onu Portuqaliyanın altıncı ən böyük şəhəri edir. Yüksək mədəni və tarixi dəyərinə görə Funşal Portuqaliyanın əsas turizm mərkəzlərindən biridir; bura həmçinin Yeni il gecəsini keçirmək üçün populyar bir məkandır və kruiz gəmilərinin yan alması baxımından Portuqaliyanın aparıcı limanıdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1420-ci illərdə yaranan yaşayış məntəqələri Kateqoriya:1451-ci ildə yaranan yaşayış məntəqələri Kateqoriya:Portuqaliya şəhərləri Kateqoriya:Afrika dövlətlərinin paytaxtları