Hinduizmdə Allah — Hinduizmdə Allah anlayışı, bir məzhəbdən digərinə görə fərqlənən olduqca müxtəlif və mürəkkəb bir struktura malikdir. Hinduizm henoteizm, monoteizm (təkallahlıq), politeizm (çoxallahlıq), panenteizm, panteizm, pandeizm, monizm, aqnostisizm, ateizm və nonteizm kimi çox geniş inanclar sistemini əhatə edir.

Əsas cərəyanlar Çoxallahlıq Hinduizmdə allah anlayışı üstünlük təşkil edən bir yanaşma olaraq çoxallahlıq (politeizm) formasında xarakterizə və təsvir edilmiş, bir çox allah və ilahəyə sitayiş olunmuşdur. Bununla yanaşı, tək bir ali reallıq prinsipi olan Brahman anlayışı da Hindu mətnlərində geniş şəkildə təsvir olunur. Bhaqavat Gitada teizm formalarından bəhs edilir. Vişnu (məsələn, Krişna), Şiva və Devinin avatarları kimi ilkin bir allaha emosional və sevgi dolu bağlılıq (bhakti) erkən orta əsrlər dövründə meydana çıxmışdır və hazırda Bhakti hərəkatı kimi tanınır.

Monoteizm Hinduizmdə fəlsəfi bir konsepsiya kimi formalaşan, tək bir Allaha sitayişi nəzərdə tutan monoteizm (təkallahlıq) forması da mövcud olmuşdur.

İstinadlar

Ədəbiyyat siyahısı

Xarici keçidlər

The Idea of God in Hinduism, A. S. Woodburne (1925), The Journal of Religion GRETIL etext: The transliterated Sanskrit text for the entire work – Bhagavata Purana (uni-goettingen.de) Srimad Bhagavatam – glories, subjects, dating, concordance to Vedanta-sutra

Kateqoriya:Hinduizmdə Allah Kateqoriya:Hindu teologiyası Kateqoriya:Hinduizm anlayışları Kateqoriya:Tanrı konsepsiyaları