Burdon (, , , ; etimologiyası dəqiq məlum deyil) — musiqidə çoxmənalı termindir. Əsas mənası melodiyanın fonunda fasiləsiz səslənən və ya uzun müddət saxlanılan səs və ya musiqi intervalını (adətən kvinta və ya kvinta–oktava konkordu) ifadə edir.

Burdon termini müxtəlif xalqların və bölgələrin xalq və ənənəvi musiqisinin təsvirində, həmçinin klassik dövrdən əvvəlki musiqiyə xas bəzi hadisələrin (məsələn, foburdon) izahında istifadə olunur.

Klassik və romantizm dövrü akademik musiqisində burdona yaxın məna ifadə etmək üçün adətən orqan nöqtəsi termini işlədilir.

Kampanologiyada burdon adətən bir neçə ton çəkisi olan iri kilsə zəngini ifadə edir.

Burdon zəngləri adətən fa açarında notlaşdırılır.

Kateqoriya:Musiqi texnikaları Kateqoriya:Hindistan musiqi alətləri Kateqoriya:Musiqi nəzəriyyəsi Kateqoriya:Musiqi terminləri Kateqoriya:Zərb musiqi alətləri Kateqoriya:İdiofonlar Kateqoriya:Növlərinə görə zənglər