Masdərə məbədi və ya Müqəddəs Vəftizçi İohann kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talın rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi.Н. Г. Буниатов, Ю. С. Яралов – Архитектура Армении, Москва, 1950, ст 96 – 99Ə. Ələkbərli – Qərbi Azərbaycan abidələri, Bakı, Nurlan, 2007, səh 46 – 47

Günbəzli məbəd tipində inşa edilmiş М. Арутунян, С. А. Сафарян – Памятники армянского зодчества, Москва, 1951, ст 52 məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır.Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 96 – 98

Memarlıq xüsusiyyətləri Bina xaçvari quruluşa malik olub, mərkəzi günbəzli quruluşa malikdir. Qeyri adi memarlıq quruluşuna malik olan bina bir çox özəlliklərini itirərək günümüzə çatmışdır. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnmişdir. SSRİ dövründə, 1940–cı ildə məbəddə ermənilər tərəfindən aparılmış "bərpa" işləri zaman onun ilkin memarlıq xüsusiyyətlərinə bəzi dəyişiklikləri edilməklə və ətrafında xaçkarlar yerləşdirilməklə məbəd erməniləşdirilmişdir.

İstinadlar

Həmçinin bax Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası

Mənbə И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-П.,1852, стр.286; Сборник сведений о Кавказе (Списки населенных мест Кавказского края по сведениям 1873 года),Эриванская губерния, 5 т., Тифлис, 1879, № 259; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.158-161.

Kateqoriya:Talin mahalı abidələri Kateqoriya:V əsrə aid kilsələr