Atxarvaveda (, , «Atxarvanların biliyi») — Hinduizmin müqəddəs mətnləri sayılan Veda məcmusunun dördüncü və sonuncu hissəsidir.

Bu mətn klassik ritual duası və samhitalarla yanaşı, gündəlik həyatla əlaqədar duaları, sehrli təlqinləri və ovsunları da özündə cəmləşdirir. Caynistlər və buddistlər tarixi baxımdan Atxarvavedaya digər üç Vedaya ("Riqveda", "Yacurveda", "Samaveda") nəzərən daha tənqidi və qərəzli yanaşmışlar.

Bununla yanaşı, Atxarvaveda fəlsəfi baxımdan da son dərəcə mühüm mətndir. Burada kainatın strukturu, insan varlığı və ilahi nizam haqqında fəlsəfi düşüncələrə yer verilmiş, Hind-Ari fəlsəfəsinin inkişafına böyük töhfə verilmişdir. Atxarvaveda həmçinin Hindistanın ənənəvi təbabət sistemi olan Ayurvedanın ilkin tibbi və bioloji mənbəyi hesab olunur.

Strukruru və məzmunu Atxarvaveda ənənəvi olaraq 20 kitaba (kanḍa) bölünür və 6.000-dən çox himn və manatradan ibarətdir. Əsər iki əsas redaksiyada günümüzə qədər gəlib çatmışdır: Şaunaka () — ən geniş yayılmış və tədqiq olunmuş redaksiya; Paippalada () — daha qədim mətn parçalarını özündə saxlayan redaksiya.

Mətnin təxminən yeddidə bir hissəsi "Riqveda"dan götürülmüşdür. Lakin Riqvedadan fərqli olaraq, Atxarvavedada dinin dövlət və ya elit təbəqə tərəfindən icra olunan böyük qurbanlıq ritualları ilə yanaşı, sadə insanların gündəlik qayğıları, xəstəliklərdən müalicə, uzunömürlülük, düşmənlərdən mühafizə olunma və məhəbbət ovsunları geniş yer tutur

Tibb və ayurveda ilə əlaqəsi Atxarvaveda qədim hind təbabətinin ən ilkin mənbələrindən biri hesab olunur. Əsərdə müxtəlif xəstəliklərin (qızdırma, öskürək, dəri xəstəlikləri və s.) adları çəkilir və onların müalicəsində istifadə olunan müalicəvi bitkilər, sarğılar və sehrli təlqinlər təsvir edilir. Məhz bu səbəbdən ənənəvi hind təbabəti olan Ayurveda bir çox mənbələrdə Atxarvavedanın "Upavedası" (əlavə/ikinci dərəcəli Veda) kimi qəbul edilir.

Fəlsəfi əhəmiyyəti Atxarvavedanın sonuncu kitabları və ona bağlı olan Upanişadlar ("Mundaka-upanişad", "Mankukya-upanişad" və "Praşna-upanişad") Vedanta fəlsəfəsinin formalaşmasında mühüm rol oynamışdır. Mətndə yer alan "Skambxa" (kainatın sütunu) və "Kala" (Zaman) himnləri mütləq həqiqət və kainatın yaradılışı haqqında dərin metafizik mülahizələri özündə əks etdirir.

İstinadlar

Biblioqrafiya

Əlavə ədəbiyyat siyahısı

Alexander Lubotsky, Atharvaveda-Paippalada, Kanda Five, Harvard College (2002). Thomas Zehnder, Atharvaveda-Paippalada, Buch 2, Idstein (1999). Dipak Bhattacharya, Paippalada-Samhita of the Atharvaveda, Volume 2, The Asiatic Society (2007).

Xarici keçidlər

Ralph Griffith, The Hymns of the Atharvaveda 1895-96, full text Maurice Bloomfield, Hymns of the Atharva-veda, Sacred Books of the East, v. 42 (1897), selection Śaunaka Recension, "Atharva Veda Saṁhitā" [Sanskrit]. Published at Titus Project. Accessed, 14 April 2014. William Whitney, Index verborum to the published text of the Atharvaveda Vedas, University of Michigan Madhav M Deshpande, Recitational Permutations of the Saunakiya Atharvaveda, Harvard University Press, based on six Atharvaveda manuscripts found in Pune, India The Kashmiri Paippalada Recension of the Atharvaveda, Images of 16th century birch-bark manuscript of Atharvaveda (University access rights required) George Bolling and Julius Negelein, The Parisistas of the Atharvaveda, Johns Hopkins University (with downloadable PDF file) Listen to the Audiobook version of Atharvaveda on Pocket FM .

Kateqoriya:Vedalar Kateqoriya:Hindu mətnləri