Enteogen ( — entheos, "daxildəki ilahi güc" və — genesthe, "yaranmaq, doğulmaq" sözlərindən: "insanın içindəki müqəddəsliyi/ilahiliyi oyandıran") — dini, mistik, şamanik rituallarda və ya mənəvi təcrübələri stimullaşdırmaq məqsədilə istifadə olunan, psixoaktiv maddələrə malik bitki, göbələk və ya kimyəvi tərkiblərin ümumi adı.

Bu termin ilk dəfə 1979-cu ildə Karl Ruk () və bir qrup etnobotanik tərəfindən "hallüsinogen" və ya "psixodelik" sözlərinin pejorativ və ya qeyri-dəqiq çalarlarını əvəz etmək üçün təklif olunmuşdur.

Terminin müəllifləri tərəfindən verilmiş ilkin tərif: Dar mənada, yalnız şaman və ya dini ayinlərdə istifadə edildiyi sübut olunmuş təxəyyül-oyandırıcı maddələr enteogen adlandırıla bilər. Geniş mənada isə bu termin ənənəvi enteogenlərin ritual qəbulu zamanı qeydə alınan şüur dəyişikliklərinə oxşar hallar yaradan digər təbii və süni psixoaktiv vasitələrə də tətbiq edilə bilər.

Əsas psixoaktiv maddələr və təbii mənbələri Enteogenlərin tərkibindəki əsas kimyəvi birləşmələrə alkaloidlər, psilosibin, meskalin, DMT (dimetiltriptamin) və salvinorin A kimi neyroaktiv maddələr daxildir.

Salvia divinorum (Kahin adaçayı) — Salvinorin A Peyot (Peyote kaktusu) — Meskalin Psilosibin göbələkləri — Psilosibin və psilocin Ayauaska (Banisteriopsis caapi və Psychotria viridis qarışığı) — DMT və harmala alkaloidləri

Ənənəvi enteogenlər (Coğrafi bölgələr üzrə)

Qlobal / Ümumi Milçəkqıran göbələyi () — Tərkibində muskimol və iboten turşusu olan, Sibir şamanizmində geniş istifadə olunan göbələk. Psilosib qrupuna aid göbələklər () — "Sehirli mantarlar" kimi tanınan psilosibin tərkibli növ.

Avropa və Asiya Ağ nilufər () — Kökümsovları qədim tibbdə və ayinlərdə istifadə edilmişdir. Adi üzərlik () — Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyada toxumlarından harmalin və harmin alkaloidləri əldə edilən bitki. Ayrıkök / Əir () — Avropa, Asiya və Şimali Amerikada kökü psixoaktiv məqsədlərlə işlədilən bitki. Sarı su nilufəri ().

Mərkəzi Amerika Kahin adaçayı () — Mazatek indeyeciləri tərəfindən ayinlərdə istifadə olunan yarpaqlar. Kalea sakateçiçi () — "Yuxu otu" kimi tanınan Mərkəzi Amerika bitkisi.

Mərkəzi və Cənubi Amerika Bənövşəyi ipomeya () — Toxumlarında LSA (Lizergik turşusu amidi) olan bitki. Xallı bat-bat / Xallı xanımotu () — Tərkibində skopolamin və atropin olan güclü halüsinogen. Mimosa hostilis () — Köklərinin qabığında yüksək miqdarda DMT olan bitki. Tükvari unkariya ().

Cənubi Amerika Çaliponka () — Ayauaska dəmləməsində DMT mənbəyi kimi istifadə olunan yarpaqlar. Çakruna () — Ayauaska ayinlərinin əsas tərkib hissələrindən biri. Ruh lianı () — MAO-inhibitoru rolunu oynayan və Ayauaskanın əsasını təşkil edən lian. Quarana () — Yüksək kofein tərkibli stimullaşdırıcı toxumlar. Mate / Paraqvay palıdı (). Suma kökü ().

Karib hövzəsi və Cənubi Amerika Anadenanthera peregrina (Yopo) — Buruna çəkilən (snuff) psixoaktiv toz hazırlanan toxumlar.

Cənubi-Şərqi Asiya Kratom () — Tərkibində mitraqinin olan stimullaşdırıcı və psixoaktiv yarpaqlar. Qinkqo biloba ().

Havay adaları Kiçik Havay ağacvari qızılgülü () — Toxumlarında LSA alkaloidləri saxlayan bitki.

Qərbi Afrika Yoximbe () — Tərkibində yoximbin alkaloidi olan qabıq. İboqa () — Bviti () dini ayinlərində istifadə olunan, tərkibində iboqain maddəsi olan kök qabığı.

İstinadlar

Ədəbiyyat siyahısı

Harner, Michael, The Way of the Shaman: A Guide to Power and Healing, Harper & Row Publishers, NY 1980 Rätsch, Christian; "The Psychoactive Plants, Ethnopharmacology and Its Applications"; Park Street Press; Rochester Vermont; 1998/2005;

Roberts, Thomas B. (editor) (2001). Psychoactive Sacramentals: Essays on Entheogens and Religion San Francisco: Council on Spiritual Practices. Roberts, Thomas B. (2006) "Chemical Input, Religious Output—Entheogens" Chapter 10 in Where God and Science Meet: Vol. 3: The Psychology of Religious Experience Westport, CT: Praeger/Greenwood. Roberts, Thomas, and Hruby, Paula J. (1995–2003). Religion and Psychoactive Sacraments: An Entheogen Chrestomathy https://web.archive.org/web/20071111053855/http://csp.org/chrestomathy/ [Online archive]

Stafford, Peter. (2003). Psychedelics. Ronin Publishing, Oakland, California. . Carl Ruck and Danny Staples, The World of Classical Myth 1994. Introductory excerpts Huston Smith, Cleansing the Doors of Perception: The Religious Significance of Entheogenic Plants and Chemicals, 2000, Tarcher/Putnam, Daniel Pinchbeck,"Ten Years of Therapy in One Night" , The Guardian UK (2003), describes Daniel's second journey with Iboga facilitated by Dr. Martin Polanco at the Ibogaine Association clinic in Rosarito, Mexico. Giorgio Samorini 1995 "Traditional use of psychoactive mushrooms in Ivory Coast?" in Eleusis 1 22-27 (no current url) M. Bock 2000 "Māori kava (Macropiper excelsum)" in Eleusis - Journal of Psychoactive Plants & Compounds n.s. vol 4 (no current url) Plants of the Gods: Their Sacred, Healing and Hallucinogenic Powers by Richard Evans Schultes, Albert Hofmann, Christian Ratsch - John J. McGraw, Brain & Belief: An Exploration of the Human Soul , 2004, AEGIS PRESS, J.R. Hale, J.Z. de Boer, J.P. Chanton and H.A. Spiller (2003) Questioning the Delphic Oracle, 2003, Scientific American, vol 289, no 2, 67-73. Yadhu N. Singh, editor, Kava: From Ethnology to Pharmacology, 2004, Taylor & Francis,

Xarici keçidlər

Kateqoriya:Enteogenlər Kateqoriya:Dini davranış və təcrübə Kateqoriya:Şamanizm Kateqoriya:Yerli xalqların spiritualizmi Kateqoriya:Narko-mədəniyyət Kateqoriya:Psixoloji təsirlərinə görə narkotiklər