Dilin qorunma dərəcəsi (təhlükə dərəcəsi ; Атлас языков, находящихся под угрозой исчезновения // UNESCО]]) — UNESCO tərəfindən "Təhlükədə olan Dünya Dilləri Atlası"na daxil olan () dillərə 9 kriteriya üzrə verilən qiymət. Onların arasında ən vacibi nəsildən nəsilə dilin ötürülməsidir.

Təhlükə dərəcəsi StatusuİzahatDil nümunələri Təhlükəsiz Dil bütün nəsillər tərəfindən istifadə edilir, onun nəsillər arasında ötürülməsi pozulmayıb amhar dili, macar dili, indoneziya dili, rus dili, yapon dili Həssas Bu dildə həmin xalqa aid olan uçaqların çoxsu danışır, ancaq onun istifadəsi məhduddur(məsələn, həmin dildə ancaq aildə danışırlar) adıgey dili, anal dili, başqırd dili, belorus dili, neapolitan dili, rusin dili, idiş dili, Kabarda-çərkəz dili, çuvaş dili Məhv olma təhlükəsi var Uşaqlar tərəfindən ana dil kimi öyrənilmir Vallon dili, Nevar dili, Lombard dili, Qaraçı dili, Pitkern dili, Setu dili, Romanş dili, Liqur dili Ciddi məhv olma təhlükəsi var Yaşlı nəsil tərəindən bir-biri ilə münasibətdə istifadə edilir, ancaq uşaqlarla münasibətdə istifadə edilmirBreton dili, kaşub dili, krım-tatar dili, nanay dili, nafusi dili, ladino dili, mansi dili, nqanasan dili Məhv olma sərhəddindədir Dili ancaq ahıllar bilir, onlar tərəfindən də çox az hallarda istifadə edilriDaxlik dili, parci dili, orok dili, tofalar dili, ulçi dili, havay dili, even dili, inqriya dili Məhv olmuş / mümkündür ki, məhv olub 1. Dilin yaşayan daşıyıcısı yoxdur2. Müəyyən keçmişdə mövcud olub, hazırki halı haqqında dəqiq məlumat yoxdurDalmatin dili, latın dili, kamasin dili, obispeno dili, soyoyt dili, tunika dili, ubıx dili, qədim yəhudi dili, çjurjen dili2. Qərbi mansi dili, kappodok dili, Fərqanə qıpçaq dili, yuq dili, liv dili, kerek dili, Yukagir dil Dirildilən dillər Keçmiş dövrlərdən bu dildə danışan qalmayıb, ancaq hazırki dövrdə dilin daşıyıcıları meydana gəlməyə başlayıbKorn dili, men dili, mancur dili, bəzi hindu dilləri (məsələn, makax dili), prussiya dili

Dil daşıyıcıların sayı dilin qorunma dərəcəsini müəyyən edir: məsələn, Pitkern adasında yerli kreol dili olan pitkern dilində cəmi 100 nəfər danışır, amma dil yaşayır. Hindistanda duruva dilində 50 min nəfər danışır, amma dil məhv olma dərəcəsindədir.

Təhlükədə olan Dünya Dilləri Atlası

UNESKO tərəfindən 2010-cu ildə buraxılan onlayn "Təhlükədə olan Dünya Dilləri Atlası"nda təhlükədə olan 2500 dilin adı vardır. Hal-hazırda ölü dillər kateqoriyasına atrıq canlı dünya dillərinin üçdə biri keçə bilər. Məsələn, Alyaskadakı eyak dilinın canlı daşıyıcısı Meri Smit Cons dünyasını dəyişəndən sonra bu dil ölü dillər siyahısına keçib.

Hal hazırda 1492 dildə cəmi iki min nəfər insan danışırВышло новое издание Атласа языков мира // Радио Свобода, 20.02.2009.

Dillərin qorunmasının vacibliyi Dillərin qorunması bəşəriyyətin mədəni müxtəlifliyinin qorunması üçün çox vacibdir. Həmçinin onlar elm üçün çox maraqlıdır, təhlükədə olan dillərin bir qismi linqvistlər tərəfindən öyrənilməyib, həmin dillər etnoqrafların, etnologiyanın, mədəni antropologiyanın diqqətindədir.. Məhv olan eyak dilinin fonetikasının linqvist Maykl Krauss tərəfindən tədqiq edilməsinəzəri şəkildə Na-dene dil ailəsinin yaranmasına səbəb oldu.

21 iyun 2012-cü ildə Google Inc. şirkəti ölən dillərin dirçəldilməsi layihəsi barədə məlumat verdi (Endangered Languages Project)Clara Rivera Rodriguez and Jason Rissman The Endangered Languages Project: Supporting language preservation through technology and collaboration // Google Official Blog, June 20, 2012. Layihənin əsas məzmunu məhv olan dillər haqqında yaradılacaq saytda mərkəzləşdirilmiş şəkildə məlumatların verilməsidi. Həmin tarixə saytda 3054 dilı haqqında məlumat var idiАнтон Белогородцев Языковой заповедник от Google // Позитайм.ru, 21.06.2012. Dil daşıyıcılarının coğrafi yerləşməsi barədə məlumatı interaktiv xəritədə görmək mümkündür.

Kembric Universitetinin linqvistləri 2018-ci ildə ölü vavilon dilinin bərpası üzərində çalışarkən "Nippuridən olan kasıb adam" adlı qısametrajlı film çəkdilər. Filmin qəhrəmanları keçmişdə Mesopotamiya ölkələrəində yayılmış vavilon dilində danışırdılar. Layihə üzərində çalışarkən alimlər ölmüş dili tələffüzə qədər bərpa etdilər..

Dillərin qorunmasının vacibliyini o da göstərir ki, 2019-cu il Yerli dillərin beynəlxalq ili elan edilmişdi.

Həmçinin bax Dillərin yaşaması dərəcəsi Təhlükədə olan Dünya Dilləri Atlası Dillərin sonuncu daşıyıcıları Dillərin bərpa edilməsi

İstinadlar Avropa dillərinin Qırmızı Kitabıы Təhlükədə olan dünya dillərinin interaktiv atlası "Dünya dilləri" nəşrinin məqalə müəllifləri üçün təlimat

Kateqoriya:Dillərin qorunması Kateqoriya:UNESCO