Azərbaycan Motosiklet İdmanı Federasiyası — Azərbaycan Respublikasında motosiklet idman növünün inkişafı və kütləviləşdirilməsi, moto yarışlarının təşkili və beynəlxalq tədbirlərin keçiriliməsi, tərəftaşlıq və moto idman sahəsində beynəlxalq nüfuzunun artırılması, sağlam həyat tərzinin təbliği əsas rol oynayan ictimai idman təşkilatı.
Federasiya 2002-ci ildə yaradılmış. 2022-ci ildə fəaliyyəti dayandırılmış, 30 may 2026-cı ildə isə yenidən bərpa edilmişdir.
Tarixi Azərbaycanda motosiklet idmanı 1940–50-ci illərdə inkişaf etməyə başlamışdır. Azərbaycanlı motosikletçilər SSRİ dövründə dəfələrlə yarışlarda iştirak etmiş, 1981-ci ildə isə kubok qalibi olmuş, bir sıra dövlət mükafatlarına layiq görülmüşdür. Müstəqillik əldə olunduqdan sonra 2002-ci ildə Azərbaycan Motosiklet Federasiyasının əsası qoyulub. Federasiya 2008-ci ildə Avropa Motosiklet Birliyinin (UEM) üzvü seçilmişdir.
Kür Səfərəliyevin prezidentliyi dövründə federasiya bir çox uğura imza atmışdır. Azərbaycan motosiklet idmançıları motobol üzrə yarışlarda da iştirak etmişdir. 2010-cu ildə yığma komanda Avropa Çempionatında motobol üzrə yarışlarda qatılıblar. Sonradan fəaliyyətsizliyinə görə 2022-ci ildə federasiya statusu dayandırılmışdır.
30 may 2026-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində ümumi yığıncaq keçirilmişdir və AMİF-in fəaliyyəti bərpa edilmişdir. Seçkilər əsasında federasiyaya yeni rəhbərlik formalaşdırılmış, prezident Fuad Bağırov seçilmişdir.
Rəhbərlik
Keçmiş rəhbərlik
Vəzifə Şəxs Fəaliyyət dövrü Prezident Kür Səfərəliyev 2002–2022
Hazırkı rəhbərlik
Vəzifə Şəxs Fəaliyyət dövrü / qeyd Prezident Fuad Bağırov 30 may 2026 — indiyədək I vitse-prezident Sabir Babayev 30 may 2026 — indiyədək Vitse-prezident Emil Quliyev 30 may 2026 — indiyədək Baş katib Azər Əliyev 30 may 2026 — indiyədək İcraiyyə Komitəsinin üzvü Rüfət Dadaşov 30 may 2026 — indiyədək Mətbuat katibi Sabir Aslanov 30 may 2026 — indiyədək
Fəaliyyəti Federasiya mütəmadi olaraq ölkədaxili və ölkə xarici moto səfərlər, rəsmi günlərdə motoyürüş təşkil edir. Mototurizm vasitəsi ilə Azərbaycan mədəniyyətini və təhlükəsiz yürüşün təbliğini təşkil edir. Federasiya, həmçinin motosiklet yarışlarının, mototəlim, məktəblərin və bu mövzulu seminarların təşkili ilə də məşğuldur. AMİF aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: Motokros Enduro Hard Enduro Supermoto Şose motosikleti Stant-ridinq Moto turizm
İstinadlar
Xarici keçidlər
Motosiklet idmanı