Higeya qədəhi 250px Higeya qədəhinin sadə təsviri Higeya qədəhi—farmakologiyanın simvollarından biridir və Asklepi çubuğu ilə yanaşı, qərb ölkələrində tibb ilə bağlı ən qədim və vacib simvollardan biridir. Higeya yunan sağlamlıq, gigiyena, təmizlik və sanitariya ilahəsi idi.O Asklepinin qızı idi və tez-tez onunla sıx əlaqələndirilirdi, xüsusən də dualarda və himnlərdə. Asklepinin simvolu onun ətrafına bir ilan dolanmış çubuqudur; buna müvafiq olaraq, Higeyanın simvolu isə gövdəsinə bir ilan dolanmış bir fincan və ya qədəhdir. Higeya, orijinal Hippokrat andında atası Asklepi və Panakeya ilə birgə çağırılırdı.
Əczaçılıq assosiasiyaları tərəfindən simvolun istifadəsi Higeya qədəhi ən azı 1796-cı ilə qədər, Parisin Əczaçılıq Cəmiyyəti üçün zərb olunan bir sikkədə istifadə olunduğu zamana qədər, əczaçılıq peşəsinin simvolu kimi istifadə olunmuşdur.["History of the Bowl of Hygeia award | Drug Topics"]. Drugtopics.modernmedicine.com. 2002-10-07. 2013-04-26 tarixində əldə edilib. O, o vaxtdan bəri dünya üzrə bir çox əczaçılıq assosiasiyaları tərəfindən mənimsənilmişdir, məsələn Amerika Əczaçılar Assosiasiyası,["Bowl of Hygeia Wyeth.com"]. 2009-04-16. 2009-04-16 tarixində orijinalından arxivləşdirilib. 2013-04-26 tarixində əldə edilib. Kanada Əczaçılar Assosiasiyası,["Home – CPhA"]. Pharmacists.ca. 2013-04-26 tarixində əldə edilib. Avstraliya Əczaçılıq Cəmiyyəti["Pharmaceutical Society of Australia"]. və Əczaçılıq Doktoru Assosiasiyası,["Doctor of Pharmacy Association -"]. 2012-12-26 tarixində arxivləşdirilib. 2013-08-03 tarixində əldə edilib. Fransada isə Conseil de l'Ordre des Pharmaciens["La protection de la croix verte et du caducée – Nos missions – Ordre National des Pharmaciens"] (fr.). Ordre.pharmacien.fr. 2012-06-14. 2013-04-26 tarixində əldə edilib. (burada qanunda başqa bir simvol — yaşıl yunan xaçı — ilə birgə yazılmışdır).["Code de la santé publique – Article R4235-53"] (fr.). Legifrance. 2004-07-29. 2013-04-26 tarixində əldə edilib.
Higeya qədəhi Avropada apteklərin lövhələrində ümumi bir simvoldur. Həvəngdəstə isə Amerika Birləşmiş Ştatlarında daha çox rast gəlinən bir simvoldur.
Ölkələr üzrə tipik aptek loqoları Müxtəlif ölkələrdən Higeya qədəhini əks etdirən tipik aptek loqoları:
Bütün Avropa
120px
Avstriya
120px
Almaniya
120px
Həmçinin bax Əczaçılıq Yunan mifologiyası Higeya Asklepi
İstinadlar
Kateqoriya:Əczaçılıq Kateqoriya:Yunan mifologiyası Kateqoriya:Simvollar Kateqoriya:Simvolizm Kateqoriya:Tibb