Rumıniyalı Mariya (; ) — Rumıniya kralı I Mixayın qızı.

Həyatı 13 iyul 1964-cü ildə Kopenhagendə dünyaya gədi. Atası sürgündəki Rumıniya kralı I Mixay, anası isə son Parma hersoqu I Robertin nəvəsi Kraliça Annadır. Uşaqlıq illəri ata-nənəsi Kraliça Helenin Fyezoledəki villasında və ana-nənəsi Danimarkalı Marqaritanın Kopenhagendəki mülklərində keçdi. Uels və İsveçrədəki orta təhsilin ardından ABŞ-da pedaqoji təhsil aldı. Burada məskunlaşdı və Nyu-York, Nyu-Meksiko kimi şəhərlərdə çalışdı.

Rumıniya inqilabının ardından İsveçrədə yaşayan ailəsinin yanına qayıtdı. Burada atası I Mixay və bacısı Marqarita ilə birlikdə ailə, eləcə də miras məsələləriyə məşğul oldular. 1997-cı ildə Rumıniyaya ilk rəsmi səfərini etdi.

16 sentyabr 1995-ci ildə Nyu-Yorkda polyak əsilli iş adamı Kazimir Vieslav Mistkovski ilə evləndi. Cütlüyün bu nigahdan övladı olmadı və 2003-cü ildə boşandılar.

2015-ci ildən bəri daimi olaraq Rumıniyada yaşayır. Atasının 2017-ci ildəki vəfatından sonra böyük bacısı Şahzadə Marqarita ailə başçısı ünvanını aldı.

Mənbə

Ədəbiyyat

Montgomery-Massingberd, Hugh (editor). Burke's Guide to the Royal Family, Burke's Peerage, London, 1973, p. 279. ISBN 0-220-66222-3 de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. Le Petit Gotha. Nouvelle Imprimerie Laballery, Paris 2002, p. 769 (French) ISBN 2-9507974-3-1 King Carol II: A Life of my Grandfather. London: Methuen. 1988. ISBN 0413165701 Eilers, Marlene A. (1987). Queen Victoria's descendants. Baltimore: Genealogical Pub. Co. p. 189. ISBN 0-8063-1202-5

İstinadlar

Kateqoriya:Hohensollernlər