Aleksandr Karacorceviç (; ) — Yuqoslaviya kralı II Pyotrun oğlu, Yuqoslaviya vəliəhd şahzadəsi.

Həyatı

Doğumu və sürgün illəri 17 iyul 1945-ci ildə Londondakı Klarits otelin 212 nömrəli suit otağında dünyaya gəldi və hər iki babasının (Yuqoslaviya kralı I Aleksandr və Yunanıstan kralı Aleksandr) şərəfinə adlandırıldı. Monarxial qaydaya görə, gələcəkdəki taxt hüququnu itirməməsi üçün Yuqoslav torpaqlarında doğulmalı idi və bu səbəblə, baş nazir Vinston Çörçilldən və VI Georqdan alınan xüsusi icazəylə, otelin 212 nömrəli suit otağı Yuqoslaviya torpağı elan edildi. 24 oktyabrda Vestminster abbatlığında serb yepiskopu tərəfindən vəftiz edildi və VI Georqla vəliəh-şahzadə Yelizaveta onun vəftiz valideynləri oldu. Ancaq vəliəhdin doğum şənlikləri çox çəkmədi. Belə ki, 29 noyabr 1945-ci ildə kommunistlər Yuqoslaviyada monarxiyanı ləğv etdi və respublika elan olundu. Bu qısa müddət ərzində Yuqoslaviya vəliəhd şahzadəsi ünvanını daşıdı.

Valideynlərinin soyuq münasibəti və anasının yaşadığı psixoloji sarsıntılar səbəbilə Venesiyada ana-nənəsi Aspasiya Manos tərəfindən böyüdüldü. İsveçrədə, İndianada, Şotlandiyada və İngiltərədəki müxtəlif yatılı məktəblərdə təhsilini tamamladı və ardından Britaniya ordusunda xidmət etdi. 1966-cı ildə hərbi akdemiyadan məzun oldu və öncə piyada, ardından süvari birliyində xidmət etdi. Qərbi Almaniya, İtaliya, Mərkəzi Asiya və Şimali İrlandiyada xidmət etdi. Atasının 1970-ci ildə vəfatının ardından Karacorceviç ailəsinin başçısı ünvanını aldı.

Ailəsi 1 iyul 1972-ci ildə Sevilya yaxınlığındakı bir villada Orlean-Braqanzalı Mariya Qloriya ilə evləndi. Seçilən gəlin namizədi İnfanta Luiza Ferdinandanın kötücəsi idi. Cütlüyün bu nigahdan 3 oğlu doğulsa da, 19 fevral 1985-ci ildə boşandılar.

Pyotr (5 fevral 1980-) Filipp (15 yanvar 1982-) Aleksandr (15 yanvar 1982-)

İkinci evliliyi isə 20 sentyabr 1985-ci ildə Katerina Batislə Londonda baş tutdu. Bu nigahdan övladı olmadı.

Rəsmi fəaliyyəti 1991-ci ildə ilk dəfə Yuqoslaviyaya rəsmi səfər etdi. Yuqoslaviya prezidenti Slobodan Miloşeviçə qarşı müxalif gücləri dəstəklədi və 2000-ci ildəki Buldozer inqilabının ardından təməlli olaraq Yuqoslaviyada məskunlaşdı. 27 fevral 2001-ci ildə Yuqoslaviya Respublikası parlamentinin qəbul etdiyi qanunla, digər bütün Karacorceviç ailə üzvləri kimi Şahzadə Aleksandra da vətəndaşlıq verildi. 17 iyul 2001-ci ildən bəri Belqrad yaxınlığındakı keçmiş kral sarayında yaşamaqdadır.

16 dekabr 2017-ci ildə sabiq Rumıniya kralı I Mixayın Buxarestdəki cənazə mərasiminə qatıldı. 19 sentyabr 2022-ci ildə vəftiz anası olan Britaniya kraliçası II Yelizavetanın Londondakı cənazə mərasiminə qatıldı. 2023-cü ilin dekabrında prostat xərçəngindən müalicə olundu.

Qalereya

Mənbə

Ədəbiyyat

Luxmoore, Jonathon, Serbian Orthodox Leader Calls For Monarchy To Be Reintroduced, Ecumenical News Daily Service (Belgrade), 8 December 2003

İstinadlar Kateqoriya:Monarxistlər