Tofiqəxanım Qasımova (Nurani) (21 aprel 1970, Bakı — 22 avqust 2026 — Daha çox Nurani təxəllüsü ilə tanınan Azərbaycan jurnalisti, siyasi icmalçı və analitiki. Azərbaycan Respublikasının əməkdar jurnalisti (2020)
Həyatı Tofiqəxanım Fazil qızı Qasımova 1970-ci ildə jurnalist ailəsində anadan olub. Atası və anası tanınmış jurnalist Fazil Qasımov və əməkdar jurnalist Dilbər Axundzadə idi. Orta məktəbi qızıl medalla bitirib. Daha sonra Azərbaycan Tibb Universitetində təhsil alaraq universiteti fərqlənmə diplomu ilə başa vurub. İxtisasca həkim olsa da, beynəlxalq siyasətə, publisistikaya və ictimai proseslərin təhlilinə marağı səbəbindən jurnalist fəaliyyətini seçib.
Jurnalist fəaliyyəti Tofiqəxanım Qasımova peşəkar jurnalist fəaliyyətinə 1992-ci ildə başlamışdır. Müxtəlif illərdə "Yurddaş", "Ayna"–"Zerkalo" və "Exo" qəzetlərində, həmçinin Minval.az və "Minval Politika" informasiya-analitik portalında çalışmışdır. "Exo" qəzetində uzun müddət beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçı vəzifələrində fəaliyyət göstərmişdir. Sonrakı dövrdə Minval.az və "Minval Politika" portalında redaktor və siyasi şərhçi kimi çalışmışdır. Nurani təxəllüsü ilə dərc olunan məqalələrində əsasən beynəlxalq münasibətlər, münaqişələr, təhlükəsizlik məsələləri, Rusiya siyasəti, Cənubi Qafqaz, Türkiyə, İran, İsrail və Yaxın Şərqdə baş verən geosiyasi prosesləri təhlil etmişdir.
Mükafatları Tofiqəxanım Qasımova Azərbaycan mətbuatında səmərəli fəaliyyəti və publisistik yazılarına görə "Həsən bəy Zərdabi" mükafatına, 2020-ci ilin 22 iyulunda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar jurnalist" adı verilib, 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif edilib.
Vəfatı Tofiqəxanım Qasımova uzun müddət ağır xəstəlikdən əziyyət çəkib. 2026-cı ilin iyulunda vəziyyəti ağırlaşdığı üçün əvvəlcə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə, iyulun 17-də isə Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. Bir müddət intensiv müalicə olunsa da, 22 avqust 2026-cı ildə vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.
İstinadlar