Veyisli (əvvəlki adı: Çalaberti) — Azərbaycan Respublikasının Goranboy rayonunun Veyisli kənd inzibati ərazi dairəsində kənd. 3 iyul 1998-ci il tarixli 518-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Çalaberti kəndi Veyisli kəndi, Çalaberti kənd inzibati ərazi vahidi Veyisli kənd inzibati ərazi vahidi adlandırılmışdır.

Toponimikası Kəndin keçmiş adı Veyisli tarixi Çiləbörd mahalının adıyla bağlıdır. Oykonim "çala" (çuxur, dərə) və "bert" (ər. "qala") sözlərindən düzəlib ("-i" mənsubiyyət şəkilçisi), "dərə qalası" deməkdir. 1998-ci ildən kənd Veyisli adı ilə rəsmiləşdirilmişdir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1555 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Goranboy rayonunun kəndləri Kateqoriya:Azərbaycanın adı dəyişdirilmiş yaşayış məntəqələri