Qasım Nağı (tam adı: Qasım Nağıyev Gəncalı oğlu; ) — Azərbaycan aktyoru və rejissoru.
2014-cü ildə "Fəxri mədəniyyət işçisi" və 2015-ci ildə Milli Humay Mükafatı laureatı adı ilə təltif olunmuşdur. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Respublikanın əməkdar artisti adına və 2021-ci ildə isə Prezident Mükafatına layiq görülmüşdür.
Həyatı və fəaliyyəti Nağıyev Qasım Gəncalı oğlu 1974-cü ildə Təzəkənd kəndində anadan olmuşdur. Orta təhsilini 1981–1991-ci illərdə Təzəkənd məktəbində almışdır. 1994–1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Universitetdə təhsil aldığı müddətdə səhnə danışığı fənnini Xalq artisti Məmmədsəfa Qasımov tədris etmişdir. Onun dəvəti ilə 1994-cü ildən Azərbaycan Dövlət Yuğ Teatrında fəaliyyətə başlayır.
1991–1994-cü illərdə İsmayıllı rayon Mədəniyyət evinin Xalq teatrında həvəskar aktyor kimi, tələbəlik illərində isə YUĞ teatrında işıq rəssamı, rejissor assistenti, bir sıra tədbir və tamaşalarda aktyor kimi fəaliyyət göstərmişdir. 1994-cü ildən bu günədək dünya klassiklərinin və Azərbaycan dramaturqlarının əsərləri əsasında hazırlanmış yüzə yaxın tamaşalarda iştirak etmişdir, bədii və sənədli filmlərə çəkilmişdir. Hazırda YUĞ Dövlət Teatrı ilə yanaşı, həm də AMEA Folklor İnstitutunun Folklor studiyasında rejissor vəzifəsində çalışır. Azərbaycan İncəsənət Məktəbində müəllimlik fəaliyyəti ilə məşğuldur. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Ölkə daxilində və xaricində (Misir, Türkiyə, Gürcüstan, Rusiya, Başqırdıstan, Qazaxıstan və s.) beynəlxalq teatr festivallarında iştirak etmişdir.
2007–2010-cu illərdə ATV — Azad Azərbaycan Teleradio Şirkətində dublyaj redaksiyasının rejissoru olmuşdur.
Ailəsi Ailəlidir, iki övladı var.
Aktrisa Natəvan Qeybaninin həyat yoldaşıdır.
Teatrqrafiya Tamaşa Müəllif Rejissor Rol Yasaq Əbülqasim Firdovsi Əbdül Qəyyum Muxtar Ərmayıl Solğun çiçəklər Cəfər Cabbarlı Vaqif İbrahimoğlu Mirzə Finiş Qasım Nağı Vaqif İbrahimoğlu Kiçik oğul, Əsəbi Meqapolis Cəlil Məmmədquluzadənin Lal hekayəsi əsasında Pünhan Həsənli Məmur, Tacir, Lal Otello Vilyam Şekspir Vaqif İbrahimoğlu Yaqo Antoni və Kleopatra Vilyam Şekspir Pünhan Həsənli Antoni Dəvə yağışı Kamal Abdulla Vaqif İbrahimoğlu Baba Midasın qulaqları Güngör Dilmen Olcay Poyraz Bertran Saqqallı, Saray şairi, Carçı Ya Rəbb Məhəmməd Füzuli Mir Sahib Yolçu İlan dərisi Slobodan Şnayder David Sakvarelidze Həsən Tabu Xorxe Luis Borxes Ruslan Şöhrətoğlu Böyük qardaş Sərhəddə Slavomir Mrojek Tomaş Leşçinski Mən, Ər Eşq Mövlanənin rəvayətləri əsasında Aytən Məmmədova Şəms Fəna Orxan Fikrətoğlunun İtki hekayəsi əsasında Mir Sahib Kişi Bircə qarış Ramiz Rövşən Vaqif İbrahimoğlu Ağ adam Serenada Kamal Aslanov (Slavomir Mrojekin eyniadlı absurd pyesi əsasında) Vaqif İbrahimoğlu Gitaraçı Canımda Can İbrahim İbrahimli Vaqif İbrahimoğlu VİP Romeo və Cülyetta Vilyam Şekspir Vaqif İbrahimoğlu Axırdan sonra K. Abdulla Vaqif İbrahimoğlu Təcrübəli müstəntiq Vəsl Məhəmməd Füzuli irsinə həsr olunmuş Vaqif İbrahimoğlu Tas Orxan Fikrətoğlunun "Tas" əsəri əsasında Vaqif İbrahimoğlu Kafkadan salam Frans Kafkanın əsərləri əsasında Vaqif İbrahimoğlu Oğul Quş dili Əbdülqəni Əliyev Əbdülqəni Əliyev III Riçard – Lənət V. Şekspirin "III Riçard" pyesinin motivləri əsasında Xristo Stoyçev Lord Bekingem Mənəm, mən.. İlqar Fəhminin pyesi əsasında hazırlanmış Mehriban Ələkbərzadə Hürufi ilahi şeir Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc Mikayıl Mikayılov Dədə Qorqud Sən həmişə mənimləsən İ. Əfəndiyev Vidadi Həsənov Qəribcan Rənglər R. Rza Vaqif İbrahimoğlu Ağ rəng Modus Vivendis Kamal Aslanov Vaqif İbrahimoğlu Firəng Rəhm Məhəmməd Füzulinin poeziya nümunələri əsasında Tural Mustafayev
Filmoqrafiya İl Filmin adı Rol Növü / Qeydlər 1995 Qurama Qısametrajlı bədii film 2002 Hədiyyəsiz cizginmə 2005 Arzular 2016 Əbədi ezamiyyət Tammetrajlı sənədli film 2018 Miras Neft milyonçusu Tammetrajlı bədii-sənədli film 2019 Flora Qısametrajlı bədii film
Mükafatları 2014-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Fəxri mədəniyyət işçisi adı ilə təltif olunmuşdur. 2015-ci ildə "Kafkadan salam" və "Fəna" tamaşalarında yaratdığı obrazlara görə "Humay" mükafatına layiq görülmüşdür. Mükafat ona "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti və "Humay" Milli Mükafatı Akademiyası tərəfindən "Teatr" nominasiyası üzrə təqdim edilmişdir. 2019-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2021-ci ildən Prezident mükafatına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan teatr aktyorları Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları