Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 660 saylı qətnaməsi 2 avqust 1990-cı ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmişdir. Qətnamə ilə Şura İraq tərəfindən Küveytin işğalı ilə bağlı narahatlığını ifadə edərək, işğalı pisləmiş və İraqdan dərhal, qeyd-şərtsiz şəkildə 1 avqust 1990-cı ildəki mövqelərinə geri çəkilməsini tələb etmişdir.
Yəmən İraq və Küveyti fikir ayrılıqlarını həll etmək üçün dərhal danışıqlara başlamağa çağırmış və Ərəb Dövlətləri Liqasının bu istiqamətdə səylərini yüksək qiymətləndirmişdir. Hər iki tərəf arasında danışıqlar bir gün əvvəl Səudiyyə Ərəbistanının Ciddə şəhərində nəticəsiz başa çatmışdı. Şura həmçinin hazırkı qətnaməyə riayət olunmasını təmin etmək məqsədilə zərurət yarandıqda yenidən iclas keçirmək qərarına gəlmişdir.
Qətnamə 14 lehinə, heç bir əleyhinə səs olmadan qəbul edilmiş, Yəmən səsvermədə iştirak etməmişdir. Bu, BMT Təhlükəsizlik Şurasının 1990-cı ildə qəbul etdiyi on iki qətnamədən birincisi olmuşdur.
İstinadlar
Kateqoriya:BMT qətnamələri Kateqoriya:BMT Təhlükəsizlik Şurasının qətnamələri