Azərbaycan Respublikası Prezidentinin mükafatı — Azərbaycan Respublikasında elm, mədəniyyət, incəsənət və gənclər siyasəti sahələrində xüsusi xidmətləri və nailiyyətləri olan şəxsləri həvəsləndirmək məqsədilə təsis edilmiş ali dövlət təltiflərindəndir.
Azərbaycanda əsasən iki istiqamət üzrə Prezident mükafatı mövcuddur:
İncəsənət xadimləri üçün Prezident mükafatı Gənclər üçün Prezident Mükafatı
İncəsənət xadimləri üçün Prezident mükafatı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 may tarixli fərmanı ilə təsis edilib.
Mükafat yüksək peşəkarlıq nümayiş etdirən, bədii cəhətdən kamil sənət nümunələri yaradan, Azərbaycan mədəniyyətinin inkişafında, səhnə sənəti sahəsində xüsusi xidmətləri olan, habelə yeni yaradıcı nəslin yetişdirilməsində fəal iştirak edən artistlərə, rejissorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara, dirijorlara, xormeysterlərə, sənətşünaslara, bədii kollektivlərin rəhbərlərinə və digər incəsənət xadimlərinə səhnə fəaliyyəti ilə bağlı verilir. Mükafatın verilmə müddəti bir ildir.
Mükafat ötən mövsümün nəticələrinə görə verilir.
Eyni şəxs yalnız üç il ardıcıl şəkildə mükafata təqdim oluna bilər. "Xalq artisti" və "Əməkdar incəsənət xadimi" fəxri adlarını almış şəxslərə, habelə yaradıcı kollektivlərin rəhbərlərinə mükafat hər il verilə bilər.
Mükafatın məbləği ayda 500 (beş yüz) manatdır.
Mükafat yalnız Azərbaycan Respublikasının vətəndaşı olan şəxsə verilir.
Mükafat alan şəxslər hər ilin may ayında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatı əsasında, 150 şəxsdən çox olmayaraq, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müəyyən edilir. Mükafat mükafat alan şəxsin əmək haqqına təsir göstərmir.
Mükafat Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan şəxsə verilmir.
Mükafat alan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, mükafat alan şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda və ya vəfat etdikdə mükafatın verilməsi dayandırılır.
Gənclər üçün Prezident mükafatı
İstinadlar
Kateqoriya:Azərbaycan mükafatları Kateqoriya:Azərbaycanın dövlət təltifləri