"2Rivers" (mənası: İkiçay, əvvəlki adı "Coral Energy"), Dubayda yerləşən və Rusiya xam nefti və neft məhsullarının satışı və ixracı ilə məşğul olan, Rusiya kölgə donanmasının mühüm hissəsini idarə edən azərbaycanlılara məxsus neft ticarəti şirkəti.

Tarixcəsi "Coral Energy" şirkəti 2010-cu ildə Azərbaycan Respublikasının vətəndaşı Tahir Qədir oğlu Qarayev tərəfindən təsis edilib və bir holdinq halına gətirilib .

Jurnalist araşdırmalarına görə, Şirkətin İqor Seçin və "Rosneft" ilə sıx əlaqələri var.

2022-ci ildən bəri, "Coral Energy" şirkəti, əsasən "Rosneft" şirkətindən Rusiya xam nefti və neft ixracına qarşı Qərb sanksiyalarını aşaraq, səssizcə ən böyük ticarət kanalına çevrilib.

Şirkət, sənədlər üzərindən əliqəli görünməyən, lakin eyni şəxslər tərəfindən idarə olunan şirkətlər qrupu vasitəsilə fəaliyyət göstərir. Bura BƏƏ-nin Dubay Milti-Əmtəə Mərkəzi azad zonasında yaradılmış onlarla ticarət lizenziyalı şirkətlər, eləcə də gəmi-idarəetmə və gəmi-əməliyyat şirkətləri daxildir.

Rusiya-Ukraynaya müharibəsindən əvvəl, ozamankı "Coral Energy" şirkətinin qərargahı Cenevrədə yerləşib. Müharibə başlayanda isə bu qərargah Dubaya köçürüb, Sinqapur və Cenevrədə ofislərini saxlayıb.

Elə həmin il Şirkət Moskva ofisini bağladığını elan etsə də, araşdırmalar göstərir ki, Moskva ofisi onun başqa əlaltı şirkəti tərəfindən idarə olunur və faktiki dayaq nöqtələrindən biri kimi saxlanılıb.

2024-cü ildə "The Wall Street Journal"da dərc olunmuş hesabatda bildirilirdi ki, "Coral Energy" şirkəti ona hüquqi aidiyyəti tapılmamış gəmiqayırma şirkətləri vasitəsilə ən azı 100 gəmiyə nəzarət edir. Bunlara "Gatik Ship Management", "Gaurik Ship Management" və "Buena Vista Shipping" daxildir. Bu gəmilərdən ən azı beşi Böyük Britaniya və Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalıb. Qeyd olunan gəmilər Qərb sanksiyalarına rəğmən Şirkətin nəzarəti altında satın alınmış RF xam və neft məhsullarını daşımağa davam edir.

17.12.2024-cü ildə Birləşmiş Krallıq Şirkətin adını sanksiya tətbiqolunanlar siyahısına daxil edib. Britaniya qanunlarına görə, adı siyahıya daxil edilmiş şirkətlərlə Britaniya hüquqi və fiziki şəxsləri arasında ticarət, pulköçürmələr, əşya və digər aktivlərlə əməliyyat aparmaq qadağandır. Baş nazir Kir Starmerin ofisi bildirib ki, sözügedən Şirkətlər "Putinin qiymətli neftinin ticarətini təmin edən əsas bağlantı yoludur" və sanksiyalar "onun qanunsuz müharibəsini kürələmək üçün zəruri neft gəlirlərini" büzmək məqsədi daşıyır.

Tahir Qarayev 2023-cü ilin sonuna qədər mürəkkəb korporativ struktur vasitəsilə Şirkətin nizamnamə kapitalının 100%-nə sahib olub, eyni zamanda "Vetus Investments Limited (BƏƏ)" şirkətinin 100%-nə nəzarət edən "Novus Middle East" DMCC (BƏƏ) şirkətinin nizamnamə kapitalının 100%-nə sahib olub. Daha sonra "Vetus Investments" şirkəti "Coral Energy" şirkətini satın alıb. Beynəlxalq araşdırmalara görə, şirkətə qarşı son sanksiyalardan yayınmaq üçün T.Qarayev "Novus Middle East" DMCC şirkətindəki səhmlərinin 60%-ni "Pura Vida Holding Limited (BƏƏ)" şirkətinə ötürüb, bu səhmlər belə bölüşdürülüb: Tələt Səfərov (45%), Əhməd Kərimov (35%) və Anar Mədətli (20%).

2024-cü ilin əvvəlində baş direktor Tələt Səfərov, maliyyə direktoru Əhməd Kərimov və maliyyə direktoru Anar Mədətli (Azərbaycan vətəndaşları və BƏƏ sakinləri) T.Qarayevin qalan səhmlərini də satın alıblar. Beləliklə, T.Qarayev şirkətə kağız üzərində sahib olmasa da, üzərində nəzarətini davam etdiyi güman olunur (Anar Mədətli T.Qarayevin qaynıdır).

Araşdırma materiallarından görünür ki, ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsinin hədəfinə düşməsi səbəbindən Şirkətin rəsmi mülkiyyətçiləri, ticari adı, əmtəə nişanları və lisenziyaları dəyişdirilib.

Bundan əlavə, "Gatik Ship Management", "2Rivers PTE" və "Global Supply FZ-LLC” şirkətlərinə qarşı Böyük Britaniya və Avropa İttifaqı sanksiyalarının xarakteri göstərir ki, onlar yaxın gələcəkdə "2Rivers" şirkətlər qrupunun digər qurumlarına qarşı da ciddi tədbirlər görəcəklər.

Aidityyəti şəxslər "2Rivers" şirkətlər qrupuna ABŞ sanksiyaları altında olan "Bellatrix Energy" və "Voliton" DMCC daxildir.

"Coral Energy" holdinq şirkəti ilə eyni rəhbərliyə malik olan digər şirkət isə müharibədən 9 gün əvvəl, 15.02.2022-ci ildə təsis edilən "Nord Axis" şirkətidir.

"Nord Axis" şirkəti "Coral Energy" tərəfindən "Trafigura" şirkətinin 7 milyard avro dəyərində 10% səhmini ələ keçirmək üçün qullanılıb. Buna rəğmən, 2023-cü ilin oktyabr ayında "Nord Axis" şirkətinin rəhbəri Əhməd Kərimov bu şirkətlər arasında hər hansı əlaqənin olduğunu təkzib edib.

"Nord Axis" şirkəti barədə fayllardan görünür ki, Ədalət Kazımlı 2022-ci ilin may ayında "Nord Axis" şirkətinin yeganə səhmdarı olub, eyni zamanda "Coral Energy Turkey" şirkətinin rəsmi nümayəndəsi kimi qeydiyyatdan keçib.

2023-cü ildə "Nord Axis" şirkəti "Coral Energy" şirkətində çalışan Etibar Eyyub tərəfindən idarə olunub.

Bundan başqa, aidiyyəti şirkətlərə "Novus Middle East" DMCC, "Vetus Investments Limited", "Apeiron Energy" DMCC, "Pontus Trading" DMCC, "Polar Energy" SA, "Matterhorn Group" FZE və "Alpen Energy" LLC daxildir.

"Novus Middle East" ("Altrum Group" FZCO kimi də tanınır) şirkəti İndoneziyanın cənubunda, Malakka boğazının girişində yerləşən "Karimun" Neft anbarı terminalını almaq üçün vasitəli istifadə edilib.

Vetus Investments şirkəti Transparency International təşkilatının 2022-ci ildə dərc etdiyi analitik hesabata görə, 2014 – 2015-ci illər arasında Mixail Qutseriyev və Kirill Şamalov (Putinin keçmiş kürəkəni) RF-dən Çexiya Respublikasına qanunsuz vəsaitlərin köçürülməsi üçün istifadə edilən Çexiya-RF çirkli pulyuma sxemində iştirak ediblər. Çexiya vətəndaşı, "Coral Energy" şirkətlər qrupuna aid "Vetus Investments"in başqa törəməsi — "Vetus Investments SRO"nun direktoru vəzifəsində çalışan Taras Moroz da Qutseriyev və Şamalovun pulyuma mexanizmlərində adları keçən bəzi Çexiya şirkətlərinin korporativ qeydlərində yer alıb. Sxemin təşkilatçıları Çexiya və RF şirkətləri arasında Avroistiqraz alınması üçün uydurma müqavilələr bağlayaraq, sanksiyadankənar vəsaitköçürülmə üçün qurama artibraj çəkişməsinə girərək, kommersiya arbitraj məhkəməsinin qərarına təsir göstəriblər.

2021-ci ildə "Coral Energy" şirkəti, Böyük Britaniya və Avropa İttifaqının, o dövrdəki sanksiyalarını pozaraq, Mixail Qutseriyevdən yük alıb.

RF kölgə donanması 2024-cü ilin əvvəllərində "The Wall Street Journal"da dərc olunmuş hesabatda bildirilib ki, "2Rivers", Rusiya xam neftini, naften neftlərini və digər neft məhsullarını daşıyan ən azı 100 gəmi ilə bu kölgə donanmasının böyük bir hissəsini təşkil edib. Həmin media resursunun yazdığına görə, şirkətin təsisçisi Tahir Qarayev "Rosneft" rəhbəri İqor Seçin vasitəsilə RF prezidenti Vladimir Putinin maraqları üçün fəaliyyət göstərən kölgə donanması və treyderləri adından danışıb.

17.10.2024-cü ildə Böyük Britaniya "2Rivers" gəmlərindən "Gatik Ship Management" şirkəti tərəfindən idarə olunan 4 gəmiyə qarşı sanksiya tətbiq edib:

VARUNA (IMO 9332810); SAI BABA (IMO 9321691); ARTEMIS (IMO 9317949); ANTAEUS (IMO 9299733).

"New York Times"in araşdırması nəticəsində məlum olub ki, "Gatik Ship Management" tərəfindən idarə olunan JAGUAR (IMO 9293002) gəmisi "2Rivers" şirkətlər qrupuna aid dənizyani ticarət şirkəti olan "Voliton" DMCC üçün xam neft daşıdığından, 20.12.2023-cü ildə ABŞ sanksiyasına məruz qalıb.

"Kiyev İqtisadiyyat Məktəbi" İnstitutunun tədqiqat hesabatlarına əsaslanan "Financial Times"ın məlumatına görə, RF özünün kölgə tanker donanmasının tutumunu 70%-ə qədər artırıb. 2024-cü ilin sonuna qədər Rusiya xam neftinin 70%-i kölgə donanması vasitəsilə daşınıb ki, bu da xam neft ixracının 89%-ni və neft məhsulları ixracının 38%-ni dəniz yolu ilə təmin edib. Qeyd olunanlar Kremlin sanksiyalardan yayınmasına imkan yaradıb. Bu gəmilərin əsas hissəsi Hindistan, Mavriki, Birləşmiş Ərəb Əmirlikləri və digər yurisdiksiyalarda qeydiyyatda olan şirkətlərə məxsusdur. Araşdırmalara görə, bu şirkətlər "2Rivers" şirkətinin təsisçisi Tahir Qarayev və Etibar Əyyub tərəfindən idarə olunur.

09.09.2024-cü ildə Ukraynanın Sanksiyalar Siyasəti üzrə Komissarı və Prezident Volodimir Zelenskinin Xüsusi Məsləhətçisi Vladislav Vlasyuk təsdiqləyib ki, RF neft ixracına kömək edən ən böyük nəqliyyatçı "2Rivers" şirkətidir.

Ukrayna rəsmilərinin açıqlamaları 2026-cı ilin aprel ayında Ukrayna Prezidentinin Sanksiyalar Siyasəti üzrə Komissarı Vladislav Vlasyuk bildirib ki, RF öz sanksiyadanqaçma üsullarını Qərb hökumətlərinin yeni məhdudiyyətləri tətbiqetmə sürətindən daha tez təkmilləşdirir. RF kölgə donanması əməliyyatı ilə bağlı "RBK-Ukrayna" xəbər agentliyinin yaydığı hesabatında həmin bəyanatdan statlar gətirilib.

Vlasyukun sözlərinə görə, RF kölgə donanmasının sanksiyalardan yayınmasını asanlaşdıran qurumlardan biri də "2Rivers" olub. Dərcolunanlara görə, yurisdiksiyaların, vasitəçi şirkətlərin, gəmi mülkiyyət strukturlarının və qeydiyyat bayraqlarının dəyişdirilməsi sxemləri beynəlxalq sanksiyalardan yayınan Rusiya neft və neft məhsullarının daşınmasına davam etməyə imkan yaradıb. Hesabatda yazıldığına əsasən, bu cür mexanizmlər RF sanksiyalar təzyiqi altında olsa belə, ona enerji daşıyıcılarının ixracını qorumağa və logistika təchizat zəncirlərini saxlamağa imkan verib.

Vlasyuk daha sonra bildirib ki, sanksiyaların effektivliyi beynəlxalq koordinasiyanın sürətindən və Qərb hökumətlərinin kölgə donanması ilə əlaqəli korporativ və logistika mexanizmlərinin dəyişgənliyinə çevik reaksiya qabiliyyətindən asılıdır.

Şirkətlər qrupunun ticarət sxemləri

Ümumi məlumatlar "2Rivers" şirkətlər qrupu qlobal xam neft və neft məhsullarının ticarətində geniş iştirakla, kömür, təbii qaz, etanol, gəmi mazutu, dizel yanacağı, bitum, orta distillatlar (qaynama temperaturu orta dərəcədə olan xam neft fraksiyaları - orta-qaynama məhsulları) və naften neftləri də daxil olmaqla bir sıra məhsul alğı-satqısı, mübadiləsi və daşınması ilə məşğuldur.

"2Rivers" iki əsas qoldan iş görüb: biri sanksiyalarda göstərilən qitmət limitini aşmış Rusiya xam neft və neft məhsulları ilə işləyən "qırmızı komanda", digəri isə RF-ə aidiyyətinin olmadığı iddia edən Qərb üzlü "mavi komanda". Bu sonuncular "2Rivers" şirkətlər qrupunun fəaliyyəti üçün Qərb maliyyələşdirməsini saxlaya bilməklə, sanksiyadanqaçan ticarət fəaliyyətini davam etdirib.

2022-ci ilin avqust ayında "Coral Energy" şirkətlər qrupu Pakistanın ən böyük yanacaq neft təchizatçısı olub.

"Rosneft" məhsullarının Ukraynaya çatdırılması 2021-ci ilin əvvəlində "Coral Energy" şirkəti Ukraynaya Rosneft məhsullarının tədarükçüsü kimi, "Proton Energy Group SA" şirkətini əvəz edib. "Rosneft" əvvəllər Cenevrədə yerləşən və Viktor Yanukoviçin əsas tərəfdaşı, mühacirətdə olan ukraynalı oliqarx Viktor Medvedçuk və Mikalay Varabey (rusca mənbələrdə - Nikolay Vorobey) ilə əlaqəli olan "Proton Energy" şirkətilə bu ixrac məhsullarını boru kəməri ilə Ukraynaya nəql etmək üçün müqavilə bağlanıb; lakin "Proton Energy" şirkətinin sanksiyaya məruzqalma riskinin artması səbəbindən 2021-ci ildə ticarət əməliyyatlarını dayandırıb.

ABŞ hökuməti M.Varabeyə qarşı, sonuncu tərəfindən 2021-ci ilin avqustunda Belarusdakı neft ticarəti biznesi vasitəsilə Belarus rejiminə kömək etdiyinə görə və 2014-cü ildə Medvedçuka qarşı, onun keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçlə əlaqələrinə görə sanksiyalar tətbiq edib. Aİ isə Varabeyə 2020-ci ilin dekabrında, Medvedçuka isə 2024-cü ilin mayında sanksiya tətbiq edib.

"Coral Energy" şirkətlər qrupunun Ukraynadakı işlərini Tahir Qarayevin 2016-cı ildə təsis etdiyi "Alpen Trade" şirkəti idarə edir. RF Dövlət Reyestrində saxlanılan qeydlərə görə, "Alpen Trade" şirkətinin qanuni nümayəndəsi onun direktoru Səfərov Cavid Mürsəl oğlu olub.